Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunub

Tarix: 07-10-2020 20:26     Baxış: 3230 A- / A+
Britaniya parlamentinə erməni qruplaşmalarının Qarabağdan çıxarılmasını tələb edən qətnamə təqdim olunub

Böyük Britaniya parlamentinin İcmalar Palatasında Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə qətnamə təqdim edilib.

Qətnamə təşəbbüsü İcmalar Palatasının üzvü, Azərbaycanla dostluq qrupunun sədri Bob Blekmen tərəfindən irəli sürülüb.

Qətnamədə qeyd olunur ki, Ermənistan tərəfdən 27 sentyabr 2020-ci ildə başlayan və hər gün artan təcavüzkarlıq aktları Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonun Ermənistan tərəfindən qeyri-qanuni işğalının səbəb olduğun Ermənistan-Azərbaycan münaqişəsində silahlı qarşıdurmanı daha da gücləndirir.

“İcmalar Palatası Birləşmiş Krallıq hökumətini Ermənistanı 1994-cü ildə imzalanan atəşkəsin kobud şəkildə pozulmasına, habelə Azərbaycanın silahlı qüvvələri və dinc əhalinin mövqelərinin intensiv atəşə tutulması zamanı iriçaplı silahlar, minaatan və artilleriyadan istifadə etməsinə mühakimə etməyə çağırır və daha sonra hökuməti Ermənistan silahlı qüvvələrinin BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrə əsasən, Azərbaycanın qanunsuz olaraq işğal olunmuş ərazilərindən olan qüvvələrini geri çəkilməsini tələb etməyə səsləyir”, - qətnamədə deyilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar