Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Ermənistan xarici borc tələsinə düşüb

Tarix: 07-10-2020 11:26     Baxış: 4206 A- / A+
Ermənistan xarici borc tələsinə düşüb


Beynəlxalq Valyuta Fondu Ermənistanın xarici borcunun yüksək həddə olduğu qənaətindədir.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, 2019-cu ilin sonuna Ermənistanın xarici borcu 11,4 mlrd. ABŞ dolları təşkil edib ki, bunun da 5,8 mlrd. dollar xarici dövlət borcudur. Ötən ilin sonuna xarici dövlət borcunun ümumi daxili məhsula (bundan sonra – ÜDM) nisbəti 42,5%, adambaşına düşən xarici dövlət borcunun məbləği isə təxminən 1 900 dollar olub.

Mərkəzin hesablamalarına görə, Ermənistanda xarici borcla bağlı göstəricilərin cari ildə daha da pisləşəcəyi proqnozlaşdırılır. Buna səbəb kimi COVID-19 pandemiyasının təsiri ilə ölkədə iqtisadi aktivliyin aşağı düşməsi, büdcə kəsrinin böyüməsi və milli valyutanın ucuzlaşması ilə bağlı gözləntilərin artması göstərilir. Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə rüblük iqtisadi artım ötən ilin müvafiq dövrünə nəzərən 13,7% azalıb. Bunun nəticəsi olaraq vergi yığımları azalmış, iqtisadi aktivliyi dəstəkləmək üçün büdcə xərcləri artırılıb ki, bu da büdcə kəsrinin ÜDM-ə nisbətinin 2,25%-dən 5%-dək böyüməsinə səbəb olub. Büdcə kəsrinin böyüməsi yeni borcların cəlb edilməsini şərtləndirmişdir. 2020-ci ilin ilk yarım ilində birbaşa xarici dövlət borcu 175 mln. dollar artıb.lent.az

Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar