Sizin Reklam Burada
Xəbər lenti
13-11-2026
12-11-2026
BÜTÜN XƏBƏRLƏR

Qırğızıstanda həbsdə olan sabiq prezident etirazçılar tərəfindən azad edildi

Tarix: 06-10-2020 03:20     Baxış: 3271 A- / A+
Qırğızıstanda həbsdə olan sabiq prezident etirazçılar tərəfindən azad edildi

Qırğızıstanda etirazçılar dövlət administrasiyasının da yerləşdiyi parlament binasını ələ keçiriblər.

Bu barədə “TASS” agentliyinin hadisə yerində olan müxbiri bildirib.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə iki saatlıq qarşıdurmadan sonra etirazçılar Qırğızıstanın dövlət başçısı administrasiyasının da yerləşdiyi binanın yaxınlığındakı hasarlanmış əraziyə keçməyə nail olublar. Mühafizəçilər ərazidən uzaqlaşıblar.

Parlament seçkilərinin nəticələri ilə razılaşmayan etirazçılar daha sonra Qırğızıstanın paytaxtındakı Milli Təhlükəsizlik üzrə Dövlət Komitəsinin (MTDK) İstintaq Təcridxanasının binasına girərək orada həbsdə olan keçmiş prezident Almazbek Atambayevi sərbəst buraxıblar.

Etirazçılar bunun üçün təcridxananın qapılarını sındırıblar. Xüsusi təyinatlılar da Atambayevin və onun tərəfdarlarının sərbəst buraxılmasını tələb edən etirazçılara qoşulublar.

Xatırladaq ki, A.Atambayev 2019-cu ilin avqustunda tutulub və o vaxtdan bəri MTDK-nin İstintaq Təcridxanasında saxlanılırdı. Ona qarşı korrupsiya və kütləvi iğtişaşların təşkili kimi bir sıra ittihamlar irəli sürülmüşdü. A.Atambaev 2011-2017-ci illərdə Qırğızıstana rəhbərlik edib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar