Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub

Tarix: 05-10-2020 17:25     Baxış: 4199 A- / A+
Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub

Rusiyanın "Russia” adlı xüsusi təyinatlı uçuş dəstəsinə məxsus olan "İl-96-300” təyyarəsi Yerevana enib.

"Report” "Fightradar”a istinadən xəbər verir ki, oktyabrın 5-də yerli vaxtla saat 09:14-də Moskvadan havaya qalxan RA-96019 nömrəli təyyarə saat 12:54-də Yerevanda yerə eniş edib, artıq saat 14:28-də isə yenidən Moskvaya istiqamət götürüb.

Təyyarənin Ermənistan paytaxtına hansı səbəbdən göndərilməsi, kimi daşıması barədə səhih məlumat verilmir.
Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub

Qeyd edək ki, Rusiya prezidentinin İşlər İdarəsinin tabeçiliyində olan "Russia” xüsusi uçuş dəstəsi ölkənin ali mülki və hərbi rəhbər şəxslərinin daşınması ilə məşğuldur.

Belə ki, Rusiya prezidentinin müvafiq fərmanına görə, həmin dəstə Rusiya prezidentinə, hökumət sədrinə, Rusiya Federal Məclisi Federasiya Şurası sədrinə və Dövlət Duması sədrinə, Ali Məhkəmə sədrinə, Konstitusiya Məhkəməsi sədrinə, Baş prokurora, İstintaq Komitəsi sədrinə, Prezident Administrasiyası rəhbərinə, xarici işlər nazirinə şəxsi xidmət göstərir.
Moskvadan Yerevana müəmmalı təyyarə uçuşu olub

RF prezidentinin mətbuat katibi Dmitriy Peskov "Russia” xüsusi uçuş dəstəsinə məxsus təyyarənin Yerevanda yerə enməsindən xəbəri olmadığını bildirib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar