Xəbər lenti
Rusiyadan İrəvanı qəzəbləndirəcək mesaj: “Bu iddia doğru deyil”
Rusiyanın “İzvestiya” qəzeti Azərbaycan ordusunun arsenalındakı Türkiyə istehsalı “Bayraktar TB2” Pilotsuz Uçan Aparatlarının Dağlıq Qarabağ səması üzərində tamamilə dominant olduğunu yazıb.
Manevr.az xəbər verir ki, nəşr Ermənistanın köhnə hərbi texnikalarla Azərbaycan ordusu qarşısında zəif durumda olduğuna diqqət çəkib.
“PUA-lar göydə üstünlük təşkil edir. Ermənistanın tankları PUA-lara qarşı zəifdir. Köhnə tip tanklar indi tarixə çevrilir”, - qəzetə açıqlamasında rus hərbi ekspert Aleksey Xlopov deyib.
Məqalədə sentyabr ayında Azərbaycan ordusunun “Bayraktar TB2”lərdən istifadə edərək Ermənistana məxsus 9 hava müdafiə sistemini məhv etdiyi də bildirilib.
Qəzet ayrıca “Defence Express” jurnalının son illərdə Suriya və Liviyada ən azı 23 Rusiya istehsalı olan “Pantsir-S1” raket sistemlərinin “Bayraktar” tərəfindən vurulduğu iddiasına diqqət çəkib.
“Moskovski Komsomolets” qəzetində yayımlanan bir analizdə isə vurğulanıb ki, Ermənistan hökumətinin türk dronlarının öz ölkəsinə qarşı istifadə edildiyi iddiası doğru deyil, bunlar yalnız Azərbaycan tərəfindən satın alınıb və azərbaycanlı mütəxəssislər tərəfindən istifadə olunur./teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar