Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Ermənilər Xankəndini boşaldır” – Azərbaycan ordusunun əks-hücumu

Tarix: 03-10-2020 10:41     Baxış: 3189 A- / A+
“Ermənilər Xankəndini boşaldır” – Azərbaycan ordusunun əks-hücumu

“Silahlı Qüvvələrimizin əks-hücumları uğurla davam edir, Ermənistan ordusunun müqaviməti qırılır. Çox güclü hücum başlayıb, Ermənistan rəhbərliyi panikadadır”.
Manevr.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.

Ekspertin sözlərinə görə, ordumuzdan ağır zərbələr alan işğalçı Ermənistanın rəhbərliyi sonda Azərbaycanın şərtlərini qəbul etməklə danışıqlar masasına oturmağa məcbur olacaq:

“Hesab edirəm ki, Azərbaycanın istədiyi şərtlər qəbul edilməyənədək, hücumun dayandırılması gözlənilmir. Xalq, ordu və hakimiyyət birliyi yaranıb. Azərbaycan xalqı üçün bu, vətən müharibəsidir. Xalq birmənalı şəkildə İlham Əliyevin Qarabağ siyasətini dəstəkləyir.

Dünəndən ermənilər Xankəndi və digər yaşayış məntəqələrini boşaldırlar. Azərbaycanın hucumlarının daha da dağıdıcı olacağının fərqindədirlər”.

Məhəmməd Əsədullazadə münaqişəyə beynəlxalq ictimaiyyətin diqqətinə də toxunub:

“ABŞ, İngiltərə, Almaniya, İtaliya kimi böyük qlobal güclər neytrallığını qoruyur. Bu dövlətlərin regionda Türkiyə ilə müəyyən fikir ayrılıqları olsa da, Qafqazda maraqları üst-üstə düşür. Azərbaycan Fransadan Ermənistana təzyiq etmək üçün istifadə etməlidir. Çünki qalib tərəf Azərbaycandır. Əgər Fransa prezidenti Ermənistanın hamisidirsə, onu işğal olunmuş ərazilərdən çəkməyə çalışmalıdır. Azərbaycanın Fransadan çəkinəcəyi heç nə yoxdur”./teleqraf.com

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar