Xəbər lenti
Ermənilərin Gürcüstanda yaydığı dezinformasiya ifşa oldu
Ermənilərin Feysbuk sosial şəbəkəsinin gürcü seqmentindən yaydığı dezinformasiyanı aşkar etmək mümkün olub.
Manevr.az xəbər verir ki, Qarabağda döyüşlər başladıqdan sonra ermənilər “Metronome.ge” saytında yayımlandığı iddia etdikləri, Paşinyanın 5 may 2018-ci ilə aid olan çıxışını aktiv şəkildə paylaşmağa başlayıb. Ermənilərin paylaşdığı materialda guya Paşinyanın ermənilərdən təşkil olunmuş və xüsusi amansızlığı ilə seçilən Baqramyan batalyonunun Abxaziya müharibəsində iştirakının böyük səhv olduğunu deməsi yer alıb.
Maraqlı məqam odur ki, bu paylaşımın Gürcüstanda sürətlə populiyarlaşmasından sonra belə Ermənistan rəsmiləri bu sözlərin Paşinyana aid olduğunu danaraq, dolayısı yolla Baqramyan batalyonunun gürcülərə qarşı fəaliyyətinə haqq qazandırmış olublar. Belə ki, “Netqazeti”yə açıqlama verən Ermənistan baş nazirinin mətbuat xidməti yayımlanan məlumatı təkzib edib.
Qeyd edək ki, Baqramyan batalyonu 1993-cü ildə yaradılıb. Abxaziya savaşı zamanı batalyon gürcülərə qarşı etnik təmizləmə aparıb./axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar