Xəbər lenti
Trampı məhkəməyə verdilər

ABŞ-ın 45-ci prezidenti Donald Tramp məhkəməyə verilib.
Manevr.az xəbər verir ki, “Citizens for Responsibility and Ethics in Washington” (Vaşinqtonda Vətəndaşların Məsuliyyət və Etikası) adlı təşkilat Trampa qarşı iddia qaldırıb. Prezident digər hökumətlərdən qanuna uyğun olmayan ödənişlər almaqda ittiham edilir.
İddiada bildirilir ki, Donald Tramp öz şirkətləri ilə biznes əlaqəsini kəsmədiyi müddətdə konstitusiyanı pozmuş olacaq.
"Digər ölkələr Trampa məxsus "Trump Tower"də, onun Vaşinqtondakı "Old Post Office" otelində yer icarəyə götürürlər və böyük məbləğdə pul ödəyirlər. Bizim ölkədə heç bir prezident digər dövlətlərdən belə böyük məbləğlərdə pul götürməyib", - deyə iddiada bildirilib.
Qeyd edək ki, Donald Tramp vəkili 2 həftə bundan əvvəl bildirmişdi ki, o, prezidentliyi dövründə biznesdən əl çəkəcək. Trampın özü isə bildirmişdi ki, biznesini idarə edilməsini 2 böyük oğluna həvalə edib. Prezidentliyi dövründə onun bu işlə heç bir əlaqəsi olmayacaq.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar