Xəbər lenti
Güney Azərbaycandan ordumuza MÖHTƏŞƏM DƏSTƏK-İran polisi həbslərə başladı
Güney Azərbaycanda Azərbaycan Respublikasına dəstək aksiyası keçirilib.
Manevr.az xəbər verir ki, cebhe.info-ya daxil olan məlumata görə, ilk aksiya Ərdəbildə baş tutub. Aksiyada 100-dən artıq milli fəal iştirak edib, Azərbaycan Ordusuna dəstək nümayiş etdirib.
Mitinqdə Qarabağın Azərbaycan torpağı olduğu bildirilib. Güneylilər bildirib ki, Ermənistanın işğalçılıq siyasətinə qarşı hərbi əməliyyatlar Azərbaycanın təbii haqqıdır.
Aksiyada "Bir millət sizin arxanızdadır Azərbaycan əsgəri" və "Həsrətin həsrətimdir, zəfərin zəfərim Qarabağ!" şüarları səslənib.
Qeyd edək ki, Azərbaycan Ordusu tərəfindən işğal altında olan torpaqların azad olunması xəbəri Güney Azərbaycanlılar arasında böyük bir sevinc və coşğuya səbəb olub. Aksiyada işğalçı Ermənistanda dəstək verən dövlətlər qınanıb.
Güney Azərbaycanlı milli-mədəni fəallar İran ərazisi vasitəsiylə Rusiyadan Ermənistana göndərilən hərbi yardımların dayandırılmasını tələb ediblər.
Aksiyada BMT qətnamələrinin yerinə yetirilməsi, Ermənistanın qeyd-şərtsiz işğal altında olan Qarabağ torpaqlarını tərk etməsi tələb edilib.
Lakin İran təhlükəsizlik qüvvələri dinc aksiyaçılara qarşı zorakı davranıb, çoxlu sayda etirazçı həbs edilib.
Son aldığımız məlumata görə tutuqlananlar bunlardır:
Əsgər Əkbərzadə, Müctaba Pərvin, Mürtəza Pərvin, Mustafa Pərvin, Mehdi Huşmənd, Məhəmməd Cövlanı, Pərviz Siyabi, Hamed Heydəri Baris, Bəhmən Xeyircu, Hüseyin Balaxani və Səccad Cövlani.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar