Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ermənistanda müxalifət lideri həbs olundu

Tarix: 26-09-2020 10:09     Baxış: 3142 A- / A+
Ermənistanda müxalifət lideri həbs olundu


İrəvan Ümumi Hüquq Məhkəməsi “Çiçəklənən Ermənistan” müxalifət partiyasının lideri, tanınmış iş adamı Qagik Sarukyanın həbsinə dair qərar verib.

“TASS” xəbər verir ki, bu barədə jurnalistlərə onun vəkili Yerem Sarkisyan bildirib.

“Gözlədiyimiz kimi, məhkəmə Qagik Sarukyana qarşı qabaqlayıcı tədbir kimi həbs qətimkan tədbirinin seçilməsinə dair qərar verib”, - deyə vəkili qeyd edib və bildirib ki, Sarukyanın müdafiəçiləri apelyasiya şikayətinə hazırlaşırlar.

Qagik Sarukyan özü məhkəmə iclasında iştirak etməyib və qərarın veriləcəyini saxlanıldığı Milli Təhlükəsizlik Xidmətinin binasında gözləyib.

“Bu, açıq şəkildə qanunsuz bir qərardır, bunun arxasında dayananların hamısı qanun qarşısında cavab verəcək”, - o belə deyib.

Xatırladaq ki, 16 iyun tarixində Ermənistan parlamenti Baş Prokurorluğun vəsatətini təmin etməklə Sarukyanı deputat toxunulmazlığından məhrum edib və onun həbsinə icazə verib. İstintaq müxalif siyasətçisini 2017-ci il parlament seçkiləri zamanı vergidən yayınma və rüşvət verməkdə günahlandırır. Bununla belə, Ümumi Hüquq Məhkəməsi Sarukyanın azadlığa buraxılması barədə qərar verib, ancaq Baş Prokurorluq bu qərardan apelyasiya şikayəti edib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar