Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyanın gözləri önündə zəhər içib özümü öldürəcəyəm” - Erməni əsgərin anası

Tarix: 21-09-2020 12:42     Baxış: 4193 A- / A+
“Paşinyanın gözləri önündə zəhər içib özümü öldürəcəyəm” - Erməni əsgərin anası

2019-cu il dekabrın 2-də naməlum şəraitdə ölmüş erməni əsgər Artur Acamyanın anası oğlunun kim tərəfindən və nəyə görə öldürülməsinin səbəblərinin aidiyyəti orqanlar tərəfindən müəyyən ediləcəyinə hələ də ümid edir. Hərbi xidmətə həvəslə getmiş, həyat sevən oğlunun özünə qəsd etməsinə əvvəldən inanmayan ana məhkəmə-tibbi ekspertizanın cavabını görəndə şoka düşüb.

Bu barədə Ermənistanda fəaliyyət göstərən xəbər saytları məlumat verir.

Belə ki, 2019-cu il dekabrın 2-də Qarabağın şimal-şərq istiqamətində naməlum şəraitdə ölmüş 1998-ci il təvəllüdlü Artur Acamyanın anası oğlunun ölümünün intihar hadisəsi kimi qələmə verilməsinə etiraz edərək Ermənistanın baş naziri Nikol Paşinyana şikayət edib.

42 yaşlı Göhar Acamyanın dediyinə görə, Ermənistanın müdafiə nazirliyi şikayətləri eşitmir. "Mənim oğlum öldürülüb, o, intihar etməyib. Xahiş edirəm, oğlumu öldürən şəxslər cəzalandırılsın. Əgər dekabrın 2-nə kimi şikayətimə baxmasanız, Azadlıq meydanında özümü zəhərləyib öldürəcəyəm” - deyərək, ölkə rəhbərliyinə səslənib.

Xatırladaq ki, 2019-cu il dekabrın 2-də işğal olunmuş Dağlıq Qarabağın şimal-şərq istiqamətində dislokasiya olunmuş Ermənistan silahlı qüvvələrinin hərbi hissələrindən birində xidmət keçən, 1998-ci il təvəllüdlü Artur İşxani Acamyan döyüş növbəsi aparan zaman aldığı güllə yarasından ölüb, 1959-cu il təvəllüdlü David Arutyun Melikbekyan isə yaralanıb./qaynarinfo


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar