Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Tramp "TikTok"u alacaq şirkətə xeyir-dua verdi

Tarix: 20-09-2020 10:32     Baxış: 2237 A- / A+
Tramp "TikTok"u alacaq şirkətə xeyir-dua verdi

ABŞ prezidenti Donald Tramp “TikTok” sosial xidmətinin Amerikanın “Oracle” şirkəti tərəfindən satın alınmasına razılıq verib.

Manevr.az xəbər verir ki, bunu amerikalı lider “Fox News” telekanalında yayımlanan çıxışı zamanı bildirib.

“Mən bu sövdələşməyə öz xeyir-duamı verdim. Sövdələşmə iştirakçıları bu işi sona çatdırsalar, yaxşı olardı. Bu baş verməsə də, hər şey yaxşı olacaq… Bunun Çinlə heç bir əlaqəsi yoxdur, bu, tamamilə təhlükəsizdir”, - Tramp belə deyib.

Qeyd edək ki, 20 sentyabrdan etibarən ABŞ-da Çinin “TikTok” və “WeChat” sosial şəbəkələrini yükləmək mümkün olmayacaq.

Xatırladaq ki, ölkə rəsmiləri 15 sentyabr tarixinə qədər sosial şəbəkənin Amerika şirkətləri tərəfindən satın alınmayacağı təqdirdə, “TikTok”u ABŞ-da bloklamağa qərar veriblər. ABŞ kəşfiyyat agentlikləri iddia edir ki, sosial şəbəkə rəhbərliyi istifadəçilərin şəxsi məlumatlarını Çin hökumətinə ötürür və əks-təbliğatla məşğuldur. “Reuters” agentliyinin yazdığına görə, Çin tərəfi “TikTok” tətbiqinin ABŞ bölməsini Amerika şirkətlərindən birinə satmaqdansa, onu bağlamağı düşünür.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar