Sizin Reklam Burada
Xəbər lenti
06-08-2026
05-08-2026
BÜTÜN XƏBƏRLƏR

Venerada həyat axtaracaqlar

Tarix: 18-09-2020 09:22     Baxış: 3228 A- / A+
Venerada həyat axtaracaqlar


NASA həyat axtarışı üçün 2021-ci ilin aprelinə qədər Veneraya bir və ya iki elmi missiya göndərilməsi məsələsinə baxır.


Bu barədə “Reuters” məlumat yayır.

Bundan əvvəl Veneranın atmosferində həm sənaye, həm də bioloji mənşəli ola bilən rəngsiz zəhərli qaz - fosfinin kəşf edildiyi barədə məlumatlar yayılmışdı.

Missiyanın biri olan DAVINCI+ Veneranın atmosfer səthinə 63 dəqiqəlik enmə zamanı kimyəvi tərkibini araşdıracaq bir cihazdan ibarətdir. Planetoloq alimlər ümid edirlər ki, bu zond atmosferin səth süxurları ilə necə qarşılıqlı əlaqədə olduğunu müəyyənləşdirməyə kömək edəcək və hazırda Venerada vulkanların olub-olmadığı sualına cavab verəcək.

İkinci Venera missiyası VERITAS 1990-cı illərin əvvəllərində Veneranı tədqiq edən Magellan zondunun varisi olacaq. O, daha güclü radarlardan və elmi cihazlardan istifadə edərək oxşar xəritələşdirmə işləri aparacaq. (oxu.az)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar