Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

4 aylıq komadan sonra ilk sualı “niyə hamı maska ​​taxır?” oldu - ŞƏKİL

Tarix: 17-09-2020 17:19     Baxış: 3208 A- / A+
4 aylıq komadan sonra ilk sualı “niyə hamı maska ​​taxır?” oldu - ŞƏKİL


Türkiyədə koronavirusa yoluxan ilk xəstələrdən biri olan 73 yaşlı vətəndaş Oğuz Peker 4 ay komada qaldıqdan sonra ayılıb.

Manevr.az qafqazinfo-ya istinadən xəbər verir ki, 23 martda xəstələnən Oğuz Peker 4 ay sonra özünə gəldikdə, "Yol qəzası etmişəm? Niyə hamı maskalıdır?", - deyə soruşub. Hər kəsin maska ​​taxdığı tamamilə fərqli bir dünyaya oyanan Peker pandemiya səbəbindən baş verənləri anlamaqda çətinlik çəkdiyini bildirib.

Belə ki, Türkiyədə koronavirusla bağlı ilk rəsmi açıqlama 11 martda verilib. Ertəsi gün isə sözügedən şəxsin sağlamlıq vəziyyəti pisləşməyə başlayıb. İlk günlərdə halsızlıq və davamlı yatmaq istəyi hiss edən Peker daha sonra səsinin boğulmağa başlaması və ümumi vəziyyətinin daha da pisləşməsi ilə xəstəxanaya yerləşdirilib.

23 martda özəl xəstəxanaya aparılan O.Pekerin ağciyərində buzlu şüşənin aşkarlanması ilə ona koronavirus diaqnozu qoyulub. Xəstəxanaya yerləşdirildikdən iki gün sonra o, komaya girib və 125 gün fasiləsiz reanimasiyada müalicə alıb.

11 avqustda reanimasiyadan çıxdıqdan sonra Peker özünü yenidən dünyaya gəlmiş kimi hiss etdiyini, gözlərini tamamilə fərqli bir dünyaya açdığına təəccübləndiyini və beynindəki bir çox sual ilə yeni dövrü anlamağa çalışdığını bildirib. İlk dəfə özünə gələndə "Yol qəzası etmişəm, mənə nə olub? Niyə hamı maskalıdır?",-deyə soruşan Peker bütün bunların koronavirus infeksiyası ilə əlaqəli olduğunu eşidəndə inanmadığını söyləyib.

Təxminən 5.5 aydan sonra evə buraxılan Oğuz Peker həkimlərə göstərdikləri qayğıya görə təşəkkür edib.

4 aylıq komadan sonra ilk sualı “niyə hamı maska ​​taxır?” oldu - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar