Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Çindən qaçan virusoloq: Çin COVID-19 yaradıb bilə-bilə yaydı - VİDEO

Tarix: 16-09-2020 20:29     Baxış: 4193 A- / A+
Çindən qaçan virusoloq: Çin COVID-19 yaradıb bilə-bilə yaydı - VİDEO

COVID-19 virusu Çin hökumətinin əmri ilə yaradılıb və laboratoriyadan məqsədli şəkildə buraxılıb.

"Fox News”a xəbər verir ki, bunu viroloq Li-Men Yan deyib.

"Bəli, əlbəttə ki, məqsədli şəkildə edildi", - Yan Çin Kommunist Partiyasının virusu laboratoriyadan "qəsdən" çıxardığına inanıb-inanmadığı soruşularkən deyib. Mütəxəssisin dediyinə görə, o, virusun yayıldığı andan bəri virusla bağlı vəziyyətin araşdırılmasında dərindən iştirak edib.

"Əlimdə Çin Xəstəxanasındakı mənbələrimdən əldə etdiyim məlumat və sübutlar var, bundan başqa mən dünyanın aparıcı viroloqları ilə də işləyirəm", - Yan mətbuata bildirib.

"Virus laboratoriyada yaradıldı, sonra bütün dünyaya yayıldı və bütün bu ziyanlara səbəb oldu". Medianın yazdığına görə, Li-Men Yan ÜST-ün Honq Konq laboratoriyasında koronavirusu öyrənməklə məşğul olub. Sonra isə Çindən qaçıb.

Son məlumatlara görə, dünyada 29,7 milyondan çox insan koronavirusa yoluxub, onlardan 939 min nəfərdən çoxu ölüb. İlk dəfə 2019-cu ilin dekabrında infeksiya barədə danışmağa başlanılıb - sonra Çinin Vuhan şəhərində insanlar kütləvi şəkildə naməlum bir virusa yoluxmağa başlayıb. Xəstəliyin insanlara ekzotik heyvanlar satan Vuhan bazarından yayıldığı bildirilib. Ardınca virus Çindən sürətlə bütün dünyaya yayılmağa başlayıb./qaynarinfo

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar