Sizin Reklam Burada
Xəbər lenti
22-08-2025
21-08-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ prezidenti Nobel Sülh mükafatına namizəd göstərildi

Tarix: 09-09-2020 14:37     Baxış: 3220 A- / A+
ABŞ prezidenti Nobel Sülh mükafatına namizəd göstərildi


ABŞ Prezidenti Donald Tramp Nobel Sülh mükafatına namizəd göstərilib.


Manevr.az-ın xəbərinə görə, bu barədə "Fox News" məlumat yayıb.

Donald Tramp İsrail və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında münasibətlərin normallaşdırlmasında göstərdiyi səylərə görə namizəd göstərilib.
Onun namizədliyi Norveç Parlamentinin üzvü və NATO Parlament Assambleyasının sədri Kristian Tybring-Gjedde tərəfindən təqdim olunub.

Norveçli parlamentari 2018-ci ildə də Şimali Koreya liderinin qatıldığı Sinqapur zirvəsinin təşkilinə görə Donald Trampın Nobel Sülh Mükafatına namizədliyini təqdim etmişdi.

O, "Fox News"a açıqlamasında qeyd edib ki, D. Trampın digər Sülh Mükafatı namizədlərindən daha çox xalqlar arasında barışıq yaratmağa çalışdığını düşünür.
Nobel Komitəsinə namizədlik məktubunda İsrail-BƏƏ razılaşmasından əlavə Donald Trampın "ziddiyyətli tərəflər (Hindistan və Pakistan arasındakı Kəşmir mübahisəsi, Şimali və Cənubi Koreya arasındakı qarşıdurma) arasında təmasın asanlaşdırılmasında əsas rolu" qeyd olunub.

NATO Parlament Assambleyasının sədri bildirib ki, bununla belə o, Prezident Trampın tərəfdarı deyil.

"Komitə bəzən davranış tərzinə deyil, həqiqətlərə baxmalı və faktlara görə qiymətləndirmə aparmalıdır. Son illərdə Nobel Sülh Mükafatı alan insanlar Donald Trampdan daha az iş görüblər. Məsələn, Barak Obama heç bir şey etməmişdi", - norveçli parlamentari bildirib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar