Xəbər lenti
Bin Ladenin qardaşı qızından ŞOK AÇIQLAMA — Tramp seçilməsə, 11 sentyabr hadisələri...
Məşhur terrorçu Üsamə bin Ladenin qardaşı qızı Nur bin Lade Co Baydenin ABŞ-da hakimiyyətə gələcəyi təqdirdə, ölkədə 2001-ci il 11 sentyabr hadisələrinə bənzər bir terror hücumu baş verə biləcəyini deyib.
Manevr.az xəbər verir ki, onun fikrincə, yalnız Donald Tramp ölkəni bu cür təhdidlərdən qoruya bilər.
Nur bin Laden uzun müddət İsveçrədə yaşayıb, lakin özünü "qəlbdə amerikalı" hesab edir.
Onun sözlərinə görə, Donald Tramp yalnız Amerika üçün deyil, bütün Qərb sivilizasiyası üçün vacib şəxsdir və onu 2015-ci ildən bəri dəstəkləyir.
"Tramp Amerikanı və hamımızı xarici təhlükələrdən qoruduğunu göstərdi. Terroristləri zərbə fürsəti tapmazdan əvvəl məhv etdi", - Nur bin Laden deyib.
Qeyd edək ki, Üsamə bin Laden 11 sentyabr 2001-ci ildə ABŞ-da baş verən hücumlarla yanaşı, dünyadakı mülki və hərbi hədəflərə qarşı bir çox kütləvi hücumların da məsuliyyətini öz üzərinə götürən Əl-Qaidə terror təşkilatının qurucusudur.publika.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar