Xəbər lenti
Azərbaycan hərbçiləri Moskvada “Sərhədsiz dostluq” festivalında birinci yerə layiq görülüb - ŞƏKİL

“Beynəlxalq Ordu Oyunları – 2020” çərçivəsində Moskvada keçirilən “Sərhədsiz dostluq” Milli Mədəniyyətlər festivalının mahnı və rəqs müsabiqələrində Azərbaycanı Müdafiə Nazirliyinin Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı təmsil edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, festivalda hərbçilər təmsil etdikləri ölkələrin və dünya xalqlarının mahnı və marşlarını, rəqslərini ifa ediblər.
Hərbçilərimizin ifasında təqdim edilən milli hərbi marşlar, o cümlədən Azərbaycan xalq çalğı alətlərinin sədaları altında milli geyimlərdə rəqslər münsiflər heyətinin və tamaşaçıların rəğbətini qazanıb.
Festivalda uğurla çıxış edən Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin Mahnı və Rəqs Ansamblı “Qızıl səs” vokal nominasiyası üzrə birinci, “Rəqs ritmləri” nominasiyası üzrə isə ikinci yerə layiq görülüb.
Manevr.az



Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar