Xəbər lenti
Moldova Azərbaycan vətəndaşları üçün sərhədlərini açır

Moldova təxminən yarım illik fasilədən sonra Azərbaycan da daxil olmaqla koronavirusla bağlı nisbətən əlverişli vəziyyətin hökm sürdüyü ölkələrin vətəndaşları üçün sərhədlərini açır.
Moldova KİV-i xəbər verir ki, bu qərarı ölkənin Milli İctimai Sağlamlıq Komissiyası qəbul edib.
Bununla yanaşı, Moldova Səhiyyə, Əmək və Sosial Müdafiə Nazirliyi tərəfindən adları "qırmızı zona”ya aid edilən (COVID-19-la bağlı epidemioloji vəziyyətin əlverişsiz olduğu) dövlətlərin siyahısına daxil edilən ölkələrin vətəndaşlarının gəlişinə qadağa qüvvədə qalır.
Hazırda bu siyahıya 53 dövlət, o cümlədən qonşu Rumıniya və Ukrayna, həmçinin Ermənistan, İsrail, İspaniya, Qazaxıstan, Fransa və digərləri daxildir. Bu halda Moldova vətəndaşlarının qohumu olan və ya respublika ərazisində daimi və ya müvəqqəti yaşamaq, ölkədə işləmək və təhsil almaq hüququna malik əcnəbilər, diplomatik korpusun nümayəndələri və onların ailə üzvləri, həmçinin tranzit sərnişinlər üçün istisnalar edilir.(AZƏRTAC)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar