Sizin Reklam Burada
Xəbər lenti
08-11-2025
07-11-2025
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko əlində avtomat iqamətgahının qarşısına çıxıb

Tarix: 30-08-2020 22:23     Baxış: 3248 A- / A+
Lukaşenko əlində avtomat iqamətgahının qarşısına çıxıb

Belarus Prezidentinin mətbuat katibi Natalya Eysmont Aleksandr Lukaşenkonun iqamətgahının qarşında çəkilən əli avtomatlı fotosunu yayıb.

Manevr.az xəbər verir ki, bu barədə “RİA Novosti” agentliyi məlumat yayıb.

Belə ki, agentliyin əməkdaşı mətbuat katibinə Lukaşenkonun hazırda harada olması və Minskdə baş verən aksiyalara münasibətini öyrənmək istədikdə Natalya Eysmont ona cavab olaraq bu fotonu göndərib.

Xəbər verdiyimiz kimi, bu gün müxalifət Minskdə icazəsiz etiraz aksiyası keçirir. Əvvəlcə aksiya iştirakçıları Minskdə İstiqlaliyyət prospektinə yığışıblar. Sonra isə onlar Lukaşenkonun rezidensiyasına tərəf gediblər.

Qeyd edək ki, Belarusda prezident seçkilərindən sonra, 9 avqustdan kütləvi aksiyalar başlayıb. Mərkəzi Seçki Komissiyasının qərarına görə, Lukaşenko seçkini 80,1 faiz səs çoxluğu ilə qazanıb. Müxalifət isə qeyd edir ki, seçkiləri digər namizəd Svetlana Tixanovskaya qazanıb.

Rəsmi məlumatlara görə, aksiyalar başlayandan bu günə kimi, 6,7 min insan saxlanılıb, yüzlərlə insan xəsarət alıb, onlardan 120 nəfəri hüquq mühafizə orqanlarının əməkdaşı olub, 3 nəfər aksiyaçı dünyasını dəyişib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar