Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Ölkəni milyard il idarə edəcəyini deyən diktator gedir - FOTOLAR

Tarix: 20-01-2017 19:10     Baxış: 7402 A- / A+
Ölkəni milyard il idarə edəcəyini deyən diktator gedir


Əlahəzrət prezident şeyx professor əl-hacı Yahya Camma...

Diktatorun yerinə Adam gəlir...



Dünyanın diqqəti planetin ən güclü dövləti ABŞ-da yeni seçilmiş prezident Donald Trampın andiçmə mərasiminə yönəldiyi bir vaxtda Afrikanın ən kiçik dövləti Qambiyada böyük maraq doğuran hadisələr baş verir. Ötən ilin dekabrın əvvəllərində Qambiyada prezident seçkiləri keçirilib və prezident Yayya Camma seçkiləri uduzub. Artıq keçmiş prezident sayılan Y.Camma televiziyada çıxış edib seçkilərin ciddi pozuntularla keçdiyini və nəticələrini tanımadığını bildirib. Üç tərəfdən Seneqal dövlətilə əhatə olunmuş Qambiyaya Seneqalın qoşunları yeridilib və Cammaya başa salmaq istəyirlər ki, da çıx get, qalib müxalifətin namizədi Adam Berroudur. Hələ danışıqlar gedir və Qvineya dövləti Cammaya sığınacaq verməyə hazır olduğunu bildirib və diktatoru başa salmağa çalışırlar ki, gərginlik yaratma, xoşluqla get.

Ölkəni milyard il idarə edəcəyini deyən diktator gedir

Kimdi bu Yahya Camma? 1996-cı ildə 29 yaşında baş leytenant Yahya hərbi çevriliş nəticəsində hakimiyyətə gəlib və klassik Afrika diktatorlarının bütün atributlarını özündə cəmləyib. Diktatorun sevimli əyləncələrindən biri ölkədəki cadugərlərin, falçıların sözün həqiqi mənasında “ovunu” etməkdir və hakimiyyəti illərində mindən çox cadugər onun qurbanı olub. Bir sıra hallarda cadugərlərdən laboratoriya heyvanları kimi üzərilərində eksperment aparıb. Bütün KİV nümayəndələrini, hətta tibb işçilərini də təqibə məruz qoyub. Ölkə əhalisinə SPİD-in dərmanını özü tapması haqqında məlumat verib və yeni dərmana “prezident mazı” adı qoyaraq reseptini gizli şəkildə ölkədən çıxardığını bəyan edib.

Ölkəni milyard il idarə edəcəyini deyən diktator gedir

Hakimiyyətdə 10 ildən çox qalandan sonra əhaliyə bildirib ki, o kral olmaq istəyir və Allah ona ölməzlik verib, ölkəni milyard il idarə edəcək. Cammanın rəsmi titulu belədir: “Əlahəzrət prezident şeyx professor əl-hacı Yahya Camma”

Seçkilərə altı ay qalmış bütün müxalifət liderlərini həbsə göndərib , beynəlxalq müşahidəçilərdən imtina edib. Seçkiyə bir gün qalmış bütün internet və beynəlxalq telefon rabitəsini kəsib və arxayın oturub ki, hamı ona səs verəcək. Amma, inanımaz hadisə baş verib. London mağazasının birində qarovulçu işləyən, birləşmiş müxalifətin nümayəndəsi Adam Berrou seçkilərdə qalib gəlib. Ölkədə tanınmayan Adam Berrounun heç bir siyasi təcrübəsi yoxdur. Birləşmiş müxalifət hər ehtimala qarşı bir nəfəri-Adamı namizəd kimi qeydə aldıra bilib və Adam nəticədə qalib gəlib. Adamın qalib gəlməsinin yeganə səbəbi odur ki, ”Camma hamının canını boğazına yığıb. Hamını bezdirib”

Yeni seçilmiş prezident Adam Barrou qalib gəldiyini bilən kimi Seneqala qaçıb. Cammanın məmurları belə Barrounu ziyarətə gedib. Xarici ölkələrdəki səfirlər Adamı təbrik ediblər. Cammanın etibar etdiyi polis və ordu da işə qarışmayacağını bildirib.

Qambiya diktatordan canını qurtardı, Adamı hakimiyyətə gətirdi.

İlham İsmayıl (moderator.az)

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar