Xəbər lenti
İtaliyada güclü qar uçqunu: ölənlər var
İtaliyada qar uçqunu nəticəsində itkin düşən 30 nəfərdən 3-nün meyiti tapılıb.
Manevr.az xəbər verir ki, xilasedicilər Abruzzo rayonunun Gran Sasso dağlarında yerləşən Rigopiano otelinə cümə axşamı böyük çətinliklə çatıblar.
Xilasedicilər dağıntılar altında heç nə eşitmədiklərini və itlərinin heç kəsi tapa bilmədiklərini deyiblər.
Qar uçqunu baş verdiyi an otelin həyətində olan iki nəfər sağ tapılıb.
Çərşənbə günü mərkəzi İtaliyanın dağlıq bölgəsində 5 baldan şiddətli dörd zəlzələ baş vermişdi və gecə saatlarında bir daha yeraltı təkanlar müşahidə edilib.
Zəlzələlər çovğunun yaratdığı çətinlikləri daha da ağırlaşdırıb və nəticədə elektrik xətləri kəsilib və bəzi kəndlərə gedən yollar müvəqqəti olaraq bağlanıb.
Əvvəl 4 mərtəbəli otelin damı çərşənbə gecəsi aşıb və Farindola kəndinin sakinləri təcili yardım xidmətlərinə müraciət ediblər. Xilasedicilər, qar uçqunu zamanı Rigopiano otelində uşaqlar da daxil olmaqla 20 turist və 7 otel işçisinin olduğunu deyiblər. Dağ xilasetmə komandasının başçısı Antonio Crocetta "çox sayda ölü" olduğunu deyib.
İtaliya mediası bəzi qonaqların otelin qar altında qalmasından sonra SMS göndərə bildiklərini deyib. Yıxılmış ağaclarla əhatə edilən zədəli binanın yanında iki nəfər sağ tapılıb. Onlar xəstəxanaya aparılıb, lakin onların birində hipotermiya var.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar