Xəbər lenti
Partlayıcı maddələrin aşkarlanması üçün robot çəyirtkə yaradılıb

Missuri Vaşinqton Universitetinin alimləri ABŞ-ın "Schistocerca americana" çöl çəyirtkəsini mühəndis "mühəndis-istehkamçıya" çevirmək üçün onun iybilmə orqanlarından istifadə ediblər. Bunun üçün həşəratın bığlarına elektrodlar quraşdırılıb.
Manevr.az ictnews.az-a istinadən bildirir ki, həşəratların bığlarındakı iybilmə reseptor neyronları qoxulara daha həssas reaksiya verirlər. Hər çəyirtkə bığında həşəratın beyin nahiyəsinə elektrik siqnallar ötürən təxminən 5 min neyron mövcuddur.
Çəyirtkənin bomba aşkarlamaq qabiliyyətini yoxlamaq üçün mütəxəssislər qrupu tərəfindən müxtəlif partlayıcı maddələrin buxarları onun bığlarına üfürülüb. Eksperimentdə trinitrotoluol (ТNТ) və 2,4-dinitrotoluol (DNT), geksogen və ammonium nitrat buxarları və s. tətbiq edilib. Bundan başqa, həşəratların partlayıcı olmayan maddələrə həssaslığı yoxlanılıb.
Məlumata görə, alimlər çəyirtkəni onların bığlarının elektrik aktivliyini qeydə alaraq onu kompüterə translyasiya edən kiçik sensor rükzaklarla təchiz ediblər. Tədqiqatçılar müəyyənləşdiriblər ki, partlayıcı maddələrin buxarlarının təsiri zamanı müəyyən neyron qrupları aktivləşməyə başlayır. Həmçinin partlayıcının buxarlara reaksiyası partlayıcı olmayan maddələrin reaksiyasından fərqlənib. Bundan əlavə, çəyirtkə müxtəlif növ partlayıcı maddələrə fərqli reaksiya göstərib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar