Xəbər lenti
Misirin yeni paytaxtı ilə hazırkı paytaxtı birləşdirəcək metro xəttinin təməli atılıb
Misirin yeni inzibati paytaxtı ilə hazırkı paytaxtı Qahirə arasında metro xəttinin təməli atılıb.
Manevr.az AZƏRTAC-a istinadən bildirir ki, eyni zamanda, Qahirə metrosunun 3-cü xəttinin yeni stansiyasının da açılışı olub.
Təqribən 20 milyon əhalisi olan Misir paytaxtının yeni infrastruktur layihəsinin təqdimatında da iştirak edən Prezident Əbdülfəttah əl Sisi bildirib ki, yeni inzibati paytaxtın köhnə şəhər ilə nəqliyyat əlaqəsi binaların tikilməsi və yolların salınması qədər əhəmiyyətlidir.
Misir Prezidenti əlavə edib ki, yeni növ koronavirus pandemiyasına rəğmən yeni inzibati paytaxtın tikintisi tam gücü ilə davam edir. Onun sözlərinə görə, 24 min binanın 70 faizində tikinti işləri aparılır. Ümumi dəyəri 58 milyard dollar olacaq bu nəhəng layihənin vaxtında başa çatdırılması üçün COVID-19 pandemiyası ilə əlaqədar zəruri tədbirlər görən podratçı şirkətlər bütün güclərini səfərbər edib.
Qeyd edək ki, Qahirə şəhəri ilə Qırmızı dənizin arasında - səhrada yerləşəcək bu böyük inzibati paytaxtda Misirin bütün nazirlikləri, maliyyə institutları, habelə xarici ölkələrin səfirlikləri yerləşəcək. Ərazisi 700 kvadratkilometr olacaq şəhərdə 7 milyondan çox sakinin yaşayacağı bildirilir. Yeni inzibati paytaxtın layihəsində yaşayış binaları, süni göllər, təhsil müəssisələri, xəstəxanalar, məscidlər, otellər, parklar, günəş enerjisi stansiyaları, Qahirə ilə 45 kilometrlik dəmir yolu, yeni beynəlxalq aeroport, habelə prezident administrasiyası, parlament və 18 nazirlik binaları nəzərdə tutulub.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar