Xəbər lenti
“Necə olur ki, Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir” - Ziyafət Əsgərov
Azərbaycan Respublikasının Prezidenti İ.Əliyevin ulu öndərimiz H.Əliyev kursuna əsaslanaraq dövlətimizin milli maraqlarına uyğun gələn müstəqil siyasət aparması, eyni zamanda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar qətiyyətli mövqeyi artıq çoxdandır ki, bir çox anti-Azərbaycan qüvvələrinin yuxusuna haram qatıb. Bu baxımdan prezident İ.Əliyevin ölkəmizin dəyişməz mövqeyini bütün beynəlxalq platformalarda dəfələrlə bəyan etməsi və “Qarabağ-Azərbaycandır. Nida işarəsi” ifadəsi bu qüvvələri daha çox narahat etməyə başlayıb. Onlar hər vəchlə Ermənistana daha çox siyasi və hərbi dəstək verməyə başlayıblar. Amma həmin kəslər birdəfəlik anlamalıdırlar ki, Azərbaycan Beynəlxalq hüququn və münasibətlərin tam hüquqlu subyektidir, müstəqil siyasət aparmaqda davam edəcək və heç vaxt suverenliyinin və ərazi bütövlüyünün pozulması faktı ilə barışmayacaqdır.
Fikrimcə, Azərbaycan Prezidentinin avqustun 12-də Rusiya Prezidentinə zəng etməsində aşağıdakı əsas məqamlar xüsusi vurğulanmalıdır:
1.Azərbaycan və Rusiya beynəlxalq hüququn bərabər hüquqlu üzvləridir və bu məsələ heç vaxt heç kim tərəfindən şübhə altına alınmamalıdır. Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü prinsipinə hörmətlə yanaşılmalıdır.
2.Azərbaycan və Rusiya arasında strateji partnyorluq əlaqələri mövcuddur və biz bu əlaqələri yüksək qiymətləndiririk.
3.Azərbaycanda rus dili və mədəniyyətinə olan sivil münasibəti Rusiya siyasi elitasının özü də yüksək qiymətləndirir. Azərbaycan və Rusiya Prezidentlərinin himayəsi ilə dəfələrlə “Bakı prosesi” çərçivəsində xeyli mədəni-humanitar tədbirlər keçirilib. Halbuki Ermənistanda bunun tam əksidir.
4.Bütün bunlara rəğmən necə olur ki, Rusiya işğalçı Ermənistanı silahlandırmaqda davam edir. Halbuki, bu,Rusiyanın ATƏTin Minsk qrupunun həmsədri kimi statusuna da qəti uyğun gəlmir. Düzdür, Rusiyanın Ermənistanı silahlandırması yeni məsələ deyil, amma Azərbaycanın Tovuz rayonu istiqamətində Ermənistanın törətdiyi təxribat vaxtı və döyüşlərdən dərhal sonra Rusiyaya məxsus hərbi-nəqliyyat aviasiyası vasitəsi ilə Qazaxıstan-Aşqabad-İran marşurutu üzrə Ermənistana təcili olaraq silah-sursat daşınması nə deməkdir? Axı Rəsmi Moskva özü dəfələrlə bəyan edib ki, məsələ sülh yolu ilə həll olunmalıdır və status-kvo qəbul edilməzdir. Hesab edirəm ki, bütün bu məsələlərə aydınlıq gətirilməlidir.
5.Yeri gəlmişkən uzun illərin təcrübəsi göstərdi ki, ATƏT in Minsk qrupunun həmsədr ölkələrinin prezidentlərinin Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar zaman-zaman qəbul etdikləri sənədlərə baxmayaraq, bu qurum öz öhdəliklərini yerinə yetirə bilmir. Daha doğrusu, yerinə yetirmək istəmir. Ona görə də ATƏT in Minsk qrupunda təmsil olunan Türkiyə Cümhuriyyətinin həmsədr ölkə qismində prosesə cəlb olunması çoxdan yetişmiş bir məsələdir.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar