Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Lukaşenko aksiyalara görə bu ölkələri ittiham etdi

Tarix: 10-08-2020 15:41     Baxış: 3276 A- / A+
Lukaşenko aksiyalara görə bu ölkələri ittiham etdi


Belarus Prezidenti Aleksandr Lukaşenko Prezident seçkilərindən sonra ölkədə keçirilən aksiyalara görə Polşa, Britaniya və Çexiyanı ittiham edib.

"Belta" agentliyinin verdiyi məlumata görə, bu barədə o, MDB İcra Komitəsinin sədri, MDB-dən olan müşahidə missiyasının rəhbəri Sergey Lebedevlə görüşündə bildirib.

A. Lukaşenko 9 avqust mitinqləri zamanı nümayişçilərin Polşa, Britaniya və Çexiyadan gələn telefon zəngləri ilə idarə edildiyini bildirib.

"Keçmiş kəşfiyyatçılar olaraq siz də bilirsiniz, biz ölkə xaricindən edilən zəngləri qeydə almışıq. Bu zənglər Polşa, Britaniya və Çexiyadan gəlib".

Lukaşenko, həmçinin, Belarusda "Maydan"a icazə verməyəcəyini və ölkəni parçalamaq cəhdlərinə adekvat cavab olacağını deyib.

"Dediklərim təsdiqləndi. Xəbərdarlıq etmişdim: kiminsə istəyindən asılı olaraq ölkədə “Maydan "olmayacaq. Buna görə də sakitləşmək lazımdır. Ölkənin parçalanmasına imkan verməyəcəyik", - deyə o bildirib.

Polşa artıq Belarus Prezidentinin ittihamlarına cavab verib. Polşanın Xarici İşlər naziri Yatsek Çaputoviç mətbuat konfransında bu ittihamların əsassız olduğunu qeyd edib.

Qeyd edək ki, avqustun 9-da Belarusda Prezident seçkisi keçirilib. Belarus MSK hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun 80%-dən çox səs toplayaraq qalib gəldiyini açıqlayıb.

Lakin A. Lukaşenkonun rəqibləri bununla razılaşmayıb. Onların tərəfdarları küçələrə çıxaraq, nəticələrə etiraz edib. Gecə boyu paytaxt Minskdə və ölkənin digər yerlərində etirazçılarla təhlükəsizlik qüvvələri arasında toqquşmalar olub. Xəsarət alanlar və saxlanılanlar var.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar