Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...

Tarix: 07-08-2020 20:39     Baxış: 5381 A- / A+
SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


Onun hakimiyyətə gəlməsi ABŞ-la SSRİ arasında gedən mübarizədə Kremlin qələbəsi sayılıb. 1970-ci ildə Çilidə keçirilən prezident seçkilərində hər iki tərəfin xüsusi xidmət orqanlarının müdaxiləsi, hər iki tərəfdən milyonlarla dollar vəsaitin sərf edilməsi sonda SSRİ-nin istəyi ilə nəticələnib, Çili sosialistlərinin rəhbəri Salvador Alyende seçkilərdə kiçik səs fərqi ilə ölkənin prezidenti seçilib.

Dövrün siyasi araşdırmaçılarının qənaətinə görə, seçkilərə heç bir müdaxilə olmadığı halda da Alyendenin qələbəsi labüd sayılıb. Belə ki, ölkənin yoxsul və orta təbəqəsi Salvador Alyendeyə könüllü səs veriblər. Təsadüfi deyil ki, elə bu gün də Salvador Alyende bir çox çilililərin yaddaşında kasıbların, yoxsul təbəqənin prezidenti kimi qalıb.

Salvador Alyende 1908-ci ildə Çilinin Valparasio şəhərində anadan olub. 1932-ci ildə Çili universitetinin tibb fakültəsini bitirib. İmkanlı ailədə böyüməsinə, dəbli geyimlər geyinməsinə baxmayaraq, o, ölkəsində yaşayan yoxsul insanların həyatına laqeyd qala bilməyib. Elə bəlkə də onu siyasətə gətirən də müşahidə etdiyi sosial ədalətsizlik olub.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


Universiteti fərqlənmə dipolmu ilə bitirib həkim ixtisasına yiyələnsə də Salvador Alyende öz həyatını fərqli bir sahəyə, siyasəyə bağlayıb, Çilidə Sosialist Partiyasının yaradıcılarından biri olub, 1937-ci ildə Milli Konqresin deputatı seçilib. 1938-ci ildə ölkənin səhiyyə naziri təyin edilən Alyende 1942-ci ildə bu vəzifəni könüllü olaraq tərk edib və özünün söylədiyi kimi nazir vəzifəsi onun siyasi fəaliyyətinə mane olub.

1942-ci ildə Salvadir Alyende Çili Sosialist Partiyasının baş katibi seçilib. Həm konqres, həm də partiya fəaliyyətində Alyende əsasən sosial məsələləri, aztəminatlı ailələrin rifahını önə çəkib. Onu ən çox narahat edən məsələlərdən biri Çilinin milli sərvəti olan mis mədənlərinin dövlət nəzarətindən kənar qalaraq ABŞ sahibkarları tərəfindən istismar edilməsi olub.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


Salvador Alyende ölkə iqtisidayyatının inkişafı və sosial problemlərin aradan qaldırılması ilə bağlı böyük proqramlar, layihələr hazırlayıb. Ancaq onların icrası, həyata keçirilməsi mümkün olmayıb. Prezident seçkilərinə qatılmasının əsas səbəblərindən biri də məhz bu olub ki, Alyende günü-gündən sayı çoxalan aztəminatlı insanların həyatına bir yenilik gətirsin. Hələ seçkilərə qədər "Kasıbların kralı” adını alan Alyende 1950-ci illərdən başlayaraq ölkənin birinci kürsüsü uğrunda mübarizəyə qoşulub.

1952, 1958, 1964-cü illərdə keçirilən prezident seçkilərində Alyende qələbə qazana bilməsə də ruhdan düşməyib. Təbii ki, o, məğlubiyyətinin əsas səbəbini, ABŞ-ın Çilinin siyasi həyatına müdaxiləsini də yaxşı bilib. Bu səbəb Alyendeni SSRİ ilə daha yaxınlaşdırıb və bir neçə dəfə Moskvaya səfər etdikdən sonra növbəti seçkilərdə Kremlin dəstəyinə tam əmin olub.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


Moskvanın məxfi planları Çilidə uğurla icra olunub. 1970-ci ildə Salvador Alyende seçkilərdə qələbə qazanıb. Bu qələbə Kremldə böyük təntənə ilə qeyd olunub. Təbii ki, Alyendenin hakimiyyətə gəlməsi ABŞ-ı ciddi narahat edib. Tanınmış siyasətçilər Alyendenin prezident seçilməsini SSRİ-nin Latın Amerikasında imperializmə inqilabi zərbəsi kimi qiymətləndiriblər. ABŞ bütün vasitələrə əl ataraq Alyende hakimiyyətini devirmək üçün açıq və gizli mübarizəyə başlayıb.

Salvador Alyendenin birinci prezidentlik ili uğurlu iqtisadi islahatlarla, ölkə vətəndaşlarının sosial vəziyyətinin yaxşılaşması ilə yadda qalıb. Sosialist cəmiyyəti yaratmaq istəyən Alyende buna yalnız bir il nail ola bilib. Az əmək haqqı alanların maaşlarının iki dəfə artırılması, ictimai nəqliyyatdan güzəştli istifadə, azyaşlı uşaqlar olan ailələrə gündəlik pulsuz süd verilməsi, kəndlilərə pay torpaqlarının verilməsi, işsizliyin aradan qaldırılmasında görülən tədbirlər, aqrar sahədə aparılan islahatlar, ölkənin iri sənayə müəssisələrinin və xüsusilə də mis mədənlərinin dövlət nəzarəti altına alınması kimi işlər prezidentin nüfuzunu artırsa da, o, bu islahatları davamlı şəkildə həyata keçirə bilməyib.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


1971-ci ildən ABŞ Çiliyə maliyyə yardımını kəsib, ABŞ-ın iri şirkətləri Çiliyə qoyduqları sərmayələri geri götürərək fəaliyyətlərini dayandırıblar, Amerika misin qiymətini süni sürətdə ən aşağı qiymətə salaraq Çilinin əsas gəlir mənbəyini sıfıra endirib. Alyende Amerikanın Çilini iflic vəziyyətinə salmasına baxmayaraq ABŞ rəhbərliyi qarşısında baş əyməyib. Əksinə, Kuba lideri Fidrl Kastro ilə yaxın dostluğu, Çilidə Kubanın səfirliyini açması ilə Ağ Evin rəsmilərini daha da qıcıqlandırıb.

Artıq 1972-ci ildə Çilidə infilyasiya həddi 26 faizdən 163 faizə qalxıb, 1973-cü ildə isə bu rəqəm 190 faiz olub. Xarici şirkətlərin fəaliyyətinin dayanması ilə ölkədə ərzaq qıtlığı yaranıb. Bunun nəticəsi olaraq gündəlik tələbat mallarında qiymətlər kəskin qalxıb. Yaranmış vəziyyət Çili vətəndaşlarında etirazlara səbəb olub, kiçik nümayişlər izdihamlı etiraz mitinqləri ilə əvəzlənib. Vəziyyətdən bəhrələnən xarici və daxili qüvvələr üçün hakimiyyəti devirmək imkanı yaranıb. Çili əhalisi iki hissəyə bölünüb, Alyendinin tərəfdarlarına və onun əleyhinə çıxanlara.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


1973-cü ildə vəziyyət pik həddə yetişib. Polkovnik Auqusto Pinoçetin silahlı qiyamçıları hərbi çevrilişə nail olublar. 11 sentyabrda prezident iqamətgahının qarşısı döyüş meydanını xatırladıb. Həmin gün Alyende nə gizlənməyə, nə də ölkəni tərk etməyə cəhd göstərməyib. Səhər saatlarında ona prezident iqamətgahına hücum olunacağı haqqında məlumat verəndə, o, təmkinin pozmadan evdən iş yerinə gedib və çıxanda həyat yoldaşına bu sözləri deyib:

- Mən qanuni seçilmiş prezidentəm və hazırda da iş yerimdə olmalıyam. Nə qaçacağam, nə də intihar edəcəyəm. İş yerimdən yalnız mənim meyidimi çıxara bilərlər.

Səhər saat 11 radələrində Alyende iqamətgahın qarşısında mühafizəçilərlə qiyamçıların döyüşünə şahidlik edib. Arxa qapıdan içəri keçdikdən 15-20 dəqiqə sonra prezident iqamətgahına silahlı basqın nəticəsində Salvador Alyende həlak olub.
Alyendenin hansı şəraitdə həlak olması ilə bağlı bir neçə versiya söylənilib.

Bəzi versiyalara görə, qiyamçılar içəri daxil olanda Alyende Fidel Kastronun ona bağışladığı "Kalaşnikov” avtomatı ilə özünü güllələyib. Qiyamçılar onun dəhlizdəki nəşini götürərək kabinetinə aparıb kreslosunda əyləşdiriblər və onun cansız bədəninə 13 güllə atıblar.

SSRİ-nin dəstəklədiyi, ABŞ-ın devirdiyi prezident: Hərbi qiyam zamanı həlak olan Alyende...


Digər versiyaya görə isə Alyende iqamətgaha hücum zamanı qiyamçıların gülləsindən həlak olub. Sonuncu dəfə tərəfdarları onun sinəsinə göy lent bağlayıb, çiyinlərinə Çilinin bayrağını salıblar.

2011-ci ildə Alyendenin nəşini ekshumasiya ediblər. Ekspertlərin sonuncu rəyinə görə, o, özü özünü güllələyib. Amma qərb mətbuatı digər bir açıqlama da verib ki, ekshumasiya zamanı ekspertlər onun nəşində olan 13 güllə yerini ictimaiyyətdən gizli saxlayıblar.

Ən ağır vəziyyətdə, ölümlə üz-üzə gəldiyi bir vaxtda belə ölkəsini tərk etməyən 65 yaşlı Salvador Alyendenin hansı şəraitdə həlak olmasından asılı olmayaraq isə, Çili vətəndaşlarını qarşıda ağır illər gözləyib, Pinoçetin 17 illik diktatura dövrü... (musavat.com)

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar