Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu...

Tarix: 05-08-2020 11:19     Baxış: 6272 A- / A+
Şok: Dünya iflasa uğrayır - 2021-ci ilin sonu...

Dünyadakı iflaslar 2019-cu illə müqayisədə 2021-ci ilin sonunda 35 faiz artacaq.

Bu, "Euler Hermes” Qlobal Müflisləşmə İndeksinin hesabatında öz əksini tapıb.

İflasların əksəriyyətinin 2020-ci ilin sonu və 2021-ci ilin birinci yarısında baş verəcəyi gözlənilir. Karantin tədbirlərini yüngülləşdirməyə başlayan ölkələrdə həyata keçirilən fərqli strategiyalar iflasları gecikdirəcək.

İndeksə görə, 2021-ci ildə ABŞ-da 57 faiz, Braziliyada 45 faiz, İngiltərədə 43 faiz, İspaniyada 41 faiz, Çində 40 faiz, İtaliyada 27 faiz, Belçikada 25 faiz və Fransada 25 faiz iflas artımı gözlənilir.

Hökumətlərin dəstəkləyici tətbiqetmələri vaxtından əvvəl ləğv etməsi iflası 5 faizdən 10 faizədək artıra bilər. Qlobal bərpa gözləniləndən daha uzun sürərsə, bu artımlar 50-60 faiz arta bilər.

COVID-19 epidemiyasının qlobal iqtisadiyyatı meteorit kimi vurduğunu bildirən Qlobal Müflisləşmə İndeksi hesabatında bu tarixi şokun təsirlərinin qalıcı olacağı vurğulanıb.

Hesabata görə, şirkət iflasına dair proqnoz 2021-ci ilin birinci yarısının sonuna qədər mənfi olaraq qalacaq. Şokun həcmi böhrandan əvvəl zəif olan şirkətlərin vəziyyətini daha da kritikləşdirəcək. Xüsusilə nəqliyyat, avtomobil və pərakəndə satış sektorları, eləcə də otel və restoranlar bu şokdan çox təsirlənəcək.

Qlobal Müflisləşmə İndeksinin hesabatını dəyərləndirən analitiklər bildirir ki, COVID-19 böhranı ilə iflas fövqəladə bir şəkildə yüksələcək:

"Tarazlıq tədbirlərinə erkən son qoymaq və qlobal iqtisadiyyatın gec bərpa olunması vəziyyəti daha da pisləşdirə bilər. Digər tərəfdən şirkətlərə göstərilən dəstəyin artırılması iflasları məhdudlaşdıra bilər. Bu, orta və uzun müddətli dövrdə zombi şirkətlərinin artmasına səbəb ola bilər. Nəticədə qarşıdakı dövrdə ixracatçılar ticarət etdikləri şirkətləri daha yaxşı təhlil etməli və diqqətli olmalıdırlar”.

Ekspertlər belə olan halda kredit sığortasının əhəmiyyətinin getdikcə daha da artdığını bildirir:

"Şirkətlər debitor borclarını kredit sığortası ilə təmin edə və ticarət etdikləri şirkətləri daha yaxşı təhlil edə bilərlər"./Teleqraf.com

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar