Sizin Reklam Burada
Xəbər lenti
12-09-2025
11-09-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyə bu mövsüm otel qiymətlərini qaldırmayacaq

Tarix: 02-08-2020 09:44     Baxış: 6278 A- / A+
Türkiyə bu mövsüm otel qiymətlərini qaldırmayacaq


“Rusiya ilə uçuşlar bərpa edildikdən sonra Türkiyə otel qiymətlərini ötən ilki səviyyədə saxlayacaq”.


RİA Novosti xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır açıqlamasında deyib.

O bildirib ki, mövcud qiymətlər tur operatorları ilə 2019-cu ildə imzalanan müqavilələrdə olduğu kimi qüvvədə olacaq: “Koronavirus pandemiyası səbəbindən bütün sahələrdə qiymət artımı müşahidə edilsə də bu, otel qiymətlərinə təsir etməyəcək. Bəzi otellər hətta müştəriləri cəlb etmək üçün qiymətləri azaldırlar”.

Federasiya rəhbəri əlavə edib ki, Türkiyə hökuməti pandemiyadan əziyyət çəkən sektorlara, o cümlədən turizm sənayesinə dəstək verir.

Qeyd edək ki, Rusiya avqustun 1-dən etibarən Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə uçuşları bərpa edib. Bu tarixdən etibarən Ankara və İstanbul kimi Türkiyənin iri şəhərlərinə uçuşlar başlayıb. Avqustun 10-dan isə Antalya, Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlar bərpa ediləcək.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar