Xəbər lenti
Təbriz ətrafında müəmmalı partlayışlar - İnqilab keşikçilərinin bazası dağıldı?
İsrail mənbələri İranda, Təbriz şəhəri ətrafında ötən gün iyulun 31-də gündüz saatlarında bir-birinin ardınca partlayışlar baş verdiyini bildirir.
Manevr.az virtualaz.org-a istinadən bildirir ki, bu məlumat İran mənbələrinə istinadən yayılıb. İddia edilir ki, partlayışlar İnqilab Keşikçiləri Korpusunun bazasında baş verib. Təfərrüatlar məlum deyil.
Qeyd edək ki, İranda iyunun sonlarından etibarən bir-birinin ardınca müəmmalı partlayışlar baş verməkdədir. O cümlədən İnqilab Keşikçilərinin Parçin raket bazasında və Natanz nüvə mərkəzinin binalarından birində güclü partlayışlar baş verib. Bu müəmmalı partlayışların arxasında İsrail kəşfiyyatının dayandığı haqda məlumatlar var. Bəzi versiyalara görə, İsrail bu hücumları kibermüdaxilə və F-35 qırıcıları vasitəsilə həyata keçirib.
Bu arada İran təhlükəsizlik xidmətinin nümayəndəsi Natanz nüvə mərkəzində iyulun əvvəllərində baş vermiş partlayışın havadan zərbə nəticəsində baş verdiyini istisna edib.
"Bizim mövqeyimizə görə, bomba, dron və ya raket hücumu istisnadır", - İran parlamentinin milli təhlükəsizlik və xarici işlər komitəsinin rəhbəri Möhtəba Zolnora bildirib. Onun sözlərinə görə, binada daxildən partlayışın baş verdiyinə dair izlər var, amma təhqiqat davam etdiyi üçün əlavə detallar açıqlaya bilməz.
Həmin partlayış nəticəsində İranın zənginləşdirilmiş uran proqramının ciddi ziyan çəkdiyi bildirilir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar