Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin vitse-prezidenti: “Azərbaycanla hər zaman birlikdə hərəkət edəcəyik”

Tarix: 30-07-2020 12:23     Baxış: 6222 A- / A+
Türkiyənin vitse-prezidenti: “Azərbaycanla hər zaman birlikdə hərəkət edəcəyik”


“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik”.

Manevr.az-ın xəbərinə görə, bunu Türkiyənin vitse-prezidenti Fuad Oqtay ölkəmizdə keçirilən Azərbaycan-Türkiyə birgə genişmiqyaslı hərbi təlimləri ilə bağlı “Twitter” paylaşımında bildirib.

“Qardaş Azərbaycanla hər zaman və hər şərtdə birlikdə hərəkət etməyə davam edəcəyik. Bütün imkanlarımızla qardaşlarımızın yanındayıq”, - deyə F. Oqtay vurğulayıb.

Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, illik plana uyğun olaraq ölkəmizdə hər iki ölkənin quru qoşunları və hərbi hava qüvvələrinin iştirakı ilə birgə genişmiqyaslı döyüş atışlı taktiki və taktiki-uçuş təlimləri keçirilir.

Birgə təlimlərə iki ölkənin ordularının şəxsi heyəti, zirehli texnikası, artilleriya qurğuları və minaatanları, həmçinin hərbi aviasiya və hava hücumundan müdafiə vasitələri cəlb edilib.
Plana əsasən təlimlər avqustun 1-dən 5-dək quru qoşunlarının da cəlb edilməsi ilə Bakıda və Naxçıvanda, hərbi aviasiya vasitələrinin iştirakı ilə isə iyulun 29-dan avqustun 10-dək Bakı, Naxçıvan, Gəncə, Kürdəmir və Yevlax şəhərlərində keçiriləcək.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar