Sizin Reklam Burada
Xəbər lenti
21-02-2025
20-02-2025
BÜTÜN XƏBƏRLƏR

Türkiyədə tarixi gün: 86 ildən sonra Ayasofyada namaz qılındı - VİDEO

Tarix: 24-07-2020 13:55     Baxış: 52 171 A- / A+
Türkiyədə tarixi gün: 86 ildən sonra Ayasofyada namaz qılındı - VİDEO


Türkiyənin İstanbul şəhərində Ayasofya məscid kimi fəaliyyətini bərpa edib.

Bu gün uzun illər sonra məsciddə namaz qılınıb.

Tikildiyi tarixdən sonra 916 il kilsə, 1453-cü ildən 1934-cü ilədək (481 il) məscid, sonradan muzey olan Ayasofya yenidən məscid-muzey kimi fəaliyyət göstərəcək. Türkiyə Nazirlər Kabinetinin 1934-cü il noyabrın 24-də verdiyi qərarı ilə Ayasofya məscid kimi fəaliyyətinin dayandırmış, muzey olaraq ziyarətçilərin üzünə açılmışdı.

İyulun 10-da Türkiyənin Dövlət Şurası (Danıştay) Ayasofyanın muzeyə çevrilməsi ilə bağlı ölkənin Nazirlər Kabinetinin 1934-cü ildə qəbul etdiyi qərarı ləğv edib. Eyni gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ayasofyanın məscidə çevrilməsi haqqında fərman imzalayıb.

86 ildən sonra Ayasofya yenidən məscid kimi möminlərin ixtiyarına verilib. İyulun 24-də məsciddə ilk Cümə namazı qılınacaq. Namaza Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və koalisiya ortağı, Milliyyətçi Hərəkat Partiyasının sədri Dövlət Bahçeli ilə yanaşı, daha 1 500 nəfər qatılacaq.

Məscidə giriş zamanı koronavirusa görə bütün qoruyucu tədbirlər görüləcək. Məscid-muzeyin 17 yerində 736 tibb işçisi fəaliyyət göstərəcək, habelə 1 tibbi helikopter, 101 təcili tibbi yardım maşını cəlb ediləcək.

Məscidə İspartadan 20 ton gül suyu göndərilib.

Manevr.az



Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar