Xəbər lenti
Messidən növbəti rekordlar

"Barselona"nın kapitanı Lionel Messi yeni rekordlara imza atıb.
Manevr.az xəbər verir ki, argentinalı forvard komandasının 5:0 hesabı ilə qalib gəldiyi "Alaves"lə qarşılaşmada 2 qol, 1 məhsuldar ötürmə ilə buna nail olub.
Messi ilk qolun ötürməsini verərək, cari mövsüm assist sayını 21-ə çatdırıb. Bununla sabiq komanda yoldaşı Xavi Ernandesə məxsus (2008/09) 20 məhsuldar ötürmə rekordunu yeniləyib və La Liqa tarixinə düşüb.
Matçda dubl etməklə qol sayını da 25-ə yüksəldən Leo digər keçmiş komanda yoldaşı Tyerri Anrinin rekordunu qırıb. Fransalı "Arsenal"da olarkən 2002/03 mövsümündə 24 qol, 20 assistə imza atmışdı. Argentinalı isə mövsümü 25 qol, 21 assistlə tamamlayıb. Bununla Messi XXI əsrin ən unikal göstəricisini yeniləyib.
Argentinalı superulduz eyni zamanda ardıcıl 11-ci mövsüm çempionatı minimum 25 qolla tamamlayıb ((2009/10 - 34 qol, 2010/11 - 31, 2011/12 - 50, 2012/13 - 46, 2013/14 - 28, 2014/15 - 43, 2015/16 - 26, 2016/17 - 27, 2017/18 - 34, 2018/19 - 36, 2019/20 - 25). O, cari mövsüm bütün turnirlərdə keçirdiyi 42 oyunda 30 qol, 26 assitlə yadda qalıb.
Əvəzində "Barselona" son illərin ən uğursuz nəticəsini göstərib. Mövsümü 82 xalla 2-ci pillədə bitirən kataloniyalılar son 12 ildə ən az xal toplayıblar./unikal.org
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
İmarət Cəlilqızı
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar































