Xəbər lenti
"Qızımın 13 yaşı olanda ona narkotik verdim"
Hollivud ulduzu Conni Depp açıqlaması ilə dünya mediasının gündəmini zəbt edib.
Manevr.az xarici KİV-ə istinadən xəbər verir ki, sənətçi qızı Lili Roza 13 yaşında narkotik verdiyini etiraf edib. O bildirib ki, bu addımı övladının gələcəyi üçün atıb.
Deppin məhkəmədə verdiyi açıqlamalar tənqidlərə səbəb olub. Keçmiş arvadı Amber Hirdi döymədiyini, ondan başqa da heç bir qadına şiddət göstərmədiyini söyləyən Conni 14 yaşından bu yana narkotikin bütün növlərindən istifadə etdiyini, çətin uşaqlıq yaşadığını, məşhurluqla vuruşmağın ağırlığından danışıb.
Keçmiş arvadı Vanessa Paradislə olan evliliyindən doğulan qızı Lili Roz haqda söz açan aktyor ona narkotiki nə üçün verdiyini izah edib:
"Qızım narkotik istifadə etmək istədiyini dedi. Mən də nəzarətsiz, uyğunsuz bir əhatədə narkotik çəkib, pis hala qalmasının qarşısını almaq istədim. Onun başqaları kimi bir həyat yaşamasını istəmədim. Anası ilə məsləhətləşib belə bir addım atdım.
Hamımız bilirik ki, o yaşda uşaqlar partilərə qatılır, böyüklərin həyatını yaşamağa can atırlar. Qızımın 12 yaşı olanda bir partiyə qatılmışdı. Orada ona dəfələrlə nakotik, spirtli içki təklif edilib. O isə cəsarət etməyib. Ona söylədim ki, övladım, partiyə gedəndə sənə nakotik təklif edərlərsə, al və yanındakına ötür. Bilmədiyin birindən onu alıb istifadə etmə. Mənə gəl və bunu mənim etməyimə icazə ver.
Narkotikin kimyəvi tərkibi fərqli olur. Atanın övladı üçün bu məsələlərdə narahat olması normaldır. Belə bir arzusu varsa, mənə açıq deməsi üçün bu addımı atdım. Gələcəkdə belə şeylər edib, məndən gizlətməsini istəmədim. Qızım "hazıram" dedikdə isə, ona istədiyini verdim. Özüm istifadə etdiyim marixuananın kimyəvi tərkibini bilirəm. Həmin an övladı üçün narahat olan bir valideyn kimi davrandım".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar