Xəbər lenti
Prezidentlərin geyimlərini hazırlayan şirkət iflas olub

Prezidentlərin və məşhur bankirlərin geyimlərini hazırlamaqla tanınan və keçən il təxminən 1 milyard dollar gəlir əldə edən ABŞ-ın 200 yaşlı "Brooks Brothers” şirkəti iflas olub.
Xarici KİV-lər xəbər verir ki, 1818-ci ildə qurulan və ölkənin ilk hazır geyim markası olan "Brooks Brothers” koronavirus pandemiyasının işlərinə mənfi təsir etdiyini və bu səbəbdən 500-dən çox mağazasından 250-ni bağlayacağını açıqlayıb. Şirkət iflasla bağlı məhkəməyə müraicət edib və bu müddətdə əməliyyatları davam etdirmək üçün 75 milyon dollar kredit götürüb.
Qeyd edilib ki, 4 mindən çox işçinin çalışdığı şirkət bu vaxta qədər 40-a qədər ABŞ prezidentini hazır geyimlə təmin edib.
Ötən il 991 milyon dollar dövriyyəsi olan şirkət, bunun 20 faizini internet üzərindən reallaşdırıb.xezerxeber.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar