Xəbər lenti
Dünyanın ən zəngin adamının sərvəti REKORD QIRDI

Dünyanın ən zəngin adamı, ABŞ-ın "Amazon" korporasiyasının rəhbəri Ceff Bezosun sərvəti yenidən tarixi rekordu yeniləyib. İş adamının sərvəti 182,6 mlrd. ABŞ dollarına çatıb.
Bununla belə, iyulun əvvəlində C. Bezosun sərvəti 171,6 mlrd. dollar idi. Göründüyü kimi, ayın əvvəlindən iş adamının sərvəti 11 mlrd. dollar artaraq ikinci dəfə rekord səviyyəyə çatıb.
Bu vəziyyət "Amazon" şirkətinin səhmlərinin dəyərinin davamlı artması fonunda müşahidə olunur – cümə axşamı günü səhmlər 2,7% bahalaşaraq rekord 3 081,11 dollara çatıb, şirkətin kapitallaşması isə 1,54 trln. dollara yüksəlib. C. Bezos "Amazon"un 11,1% payına sahibdir. O, 2017-ci ildən bəri "Forbes"in ən zəngin adamları siyahısının lideridir.
Qeyd edək ki, bu ilin aprelində "Forbes" jurnalı C. Bezosu dünyanın ən zəngin insanları arasında birinci yerə layiq görüb. Həmin vaxt onun sərvəti təxminən 113 mlrd. dollara bərabər olub./apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar