Xəbər lenti
Düşmən "Qaçqınlar üçün Erməni Platforması" yaradır: İrəvandan beynəlxalq səviyyədə növbəti həmlə...
Rəsmi İrəvan "Qaçqınlar üçün Erməni Platforması" yaradır.
Manevr.az erməni mənbələrinə isitnadən xəbər verir ki, belə bir platformanın yardılmasında məqsəd “erməni qaçqınları” ilə bağlı “həqiqətlərin” yayılmasına nail olmaq, habelə “qaçqınların probleminin həllinə” nail olmaqdır.
Artıq "Qaçqınlar üçün Erməni Platforması"nın yaradılması üçün təşəbbüs qrupunun iclası keçirilib, qarşıda duran vəzifələr müəyyənləşib.
Bundan başqa, məlum olub ki, İrəvan “Bakı qaçqınları”nın problemləri ilə məşğul olmaq üçün bir neçə QHT də yaradıb ki, bunlardan da biri "Qaçqınlar və Beynəlxalq Hüquq" İctimai Birliyidir. Hansı ki, bu QHT-lər əlaqədar dövlət orqanları ilə birlikdə “erməni qaçqınları” ilə bağlı yalanların beynəlxalq aləmdə yayılmasını təşkil edir.
Hələlik "Qaçqınlar üçün Erməni Platforması"nın beynəlxalq müstəvidə özünü nə dərəcədə doğrudlacağı bəlli olmasa da, bu prosesdə xaricdəki erməni diaspor təşkilatlarının da yaxından iştirak edəcəyi məlumdur. Bu isə o deməkdir ki, ölkəmiz yaxın gələckdə yeni təxribatlara hazır olmalıdır.
Xatırladaq ki, son bir ildir ki, İrəvan 90-cı illərdə Azərbaycanın minlərlə ermənini didərgin salması ilə bağlı qondarma iddia ilə çıxış etməkdə, dünyanı “erməni qaçqını” yalanına inandırmağa çalışmaqdadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar