Sizin Reklam Burada
Xəbər lenti
27-11-2024
26-11-2024
BÜTÜN XƏBƏRLƏR

Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbi nədir?

Tarix: 05-07-2020 17:43     Baxış: 4285 A- / A+
Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbi nədir?


Harvard Universitetinin professoru Tobias Kurt Almaniyada koronavirusdan ölənlərin az olmasının səbəbini izah edib.

Manevr.az AzərTac-a istinadən bildirir ki, Almaniyada əhalinin hər milyon nəfərinə 108 ölüm halı düşür. Bu, dünyada ən aşağı göstəricilərdən biridir.

"Bizim epidemiyaya hazırlaşmağa vaxtımız oldu. Bizim səhiyyə sistemimiz onsuz da yaxşı hazırlıqlı idi, amma biz onu daha da gücləndirdik", - deyə Kurt bildirib.

Professor, həmçinin qeyd edib ki, hakimiyyət orqanları virusun yayılma tempini epidemiyanın ilkin mərhələsində aşağı salmağa nail oldu. Bu da yaşlı insanların yoluxmasının qarşısını almağa imkan verdi.

Alimin fikrincə, Almaniyada koronavirusdan ölüm hallarının azlığı alman cəmiyyətinin quruluşu və mədəniyyəti ilə bağlıdır. Almanların bir neçə nəslinin ailənin digər üzvləri ilə nadir halda bir evdə yaşadığını vurğulayan epidemioloq deyib: "Cənubi Avropa ölkələrində yaşlı insanlar daha çox inteqrasiya olunublar, ailənin digər üzvləri ilə bir evdə yaşayanlar çoxdur. Buna görə də əgər ailənin təkcə bir üzvü yoluxarsa, virusun başqalarına ötürülməsi riski artır, yaşlı insanlar isə yüksək risk qrupuna daxildir".

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar