Xəbər lenti
Polşada ağzında pul olan onlarla uşaq skeleti tapıldı - ŞƏKİLLƏR

Polşanın cənub-şərqində 16-cı əsrdən qalma qəbiristanlıq tapılıb.
Manevr.az oxu.az-a istinadən xəbər verir ki, əsasən uşaqların basdırıldığı qəbiristanlıqda bəzi skeletlərin ağzında sikkələr aşkarlanıb.
Əraziyə arxeoloqlar cəlb edilib. Tapılan 115 skeletin 70-80%-i uşaqlara məxsus olub.
Arxeoloqlar qeyd edir ki, bu, inanclarla bağlı adət olub. Xristian dinindən əvvəl yaranan bu inanc 19-cu əsrə qədər davam edib.
Antik Roma və yunan mədəniyyətinə görə, insanlar bu sikkələrin ölənlərin ruhunu mifoloji Stix çayından ölülər dünyasına aparan Xarona rüşvət olaraq verildiyinə inanıblar.
Bu qəbiristanlığın kütləvi məzarlıq yox, katolik kilsəsinə aid qəbiristanlıq olduğu və zamanında yaxınlarının buradakı ölənlərə baş çəkdiyi bildirilir.







Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar