Xəbər lenti
Kim Çen Inın həyat yoldaşının porno şəkilləri yayıldı — ŞƏKİL
Şimali Koreyanın lideri Kim Çen Inın pornoqrafik filmdə rol aldığı iddia edilən həyat yoldaşı Li Sol Zjunun ədəbsiz şəkildə təsvir olunduğu vərəqələr ölkə ərazisinə atılıb.
Bu haqda məlumatı “Daily Mail” nəşri yayıb.
Mənbə bildirir ki, Kim Çen In bundan bərk qəzəblənib.
Bu, Şimali Koreyaya təşviqat materiallarının atılması ilk dəfə deyil. Bir qayda olaraq, vərəqələr sərhədi keçərək hava şarlarında daşınır.
Bu münasibətlə iki Koreya arasında indi açıq qarşıdurma yaranıb. Hesab edilir ki, Pxenyanın Kesondakı koreyalararası rabitə ofisini partlatması və qonşularına müharibə elan etməsi bu vərəqələrlə əlaqəlidir.
“Bukletlərdə liderin həyat yoldaşına qarşı yönəlmiş xüsusi çirkli, təhqiredici təbliğat var idi”, – Britaniya nəşri Rusiyanın KXDR-dəki səfiri Aleksandr Matseqoridən sitat gətirib.
“Moskovskiy Komsomolets”in dediyinə görə, Li Sol Zju tamamilə ictimai olmayan bir şəxsdir və onun haqqında çox az məlumat var. Onun müəllim və həkim ailəsindən olduğu, universiteti bitirdiyi deyilir.
“Rambler”in əvvəlcədən yazdığı kimi, Şimali Koreya 16 iyun tarixində demarkasiya xətti yaxınlığında Keson sənaye kompleksində ortaq rabitə ofisini partlatdıqdan sonra iki ölkə arasında münasibətlər pisləşib. Bundan əvvəl Şimali Koreya tərəfi dəfələrlə KXDR ərazisinə təbliğat materialları göndərən fəalların dayandırılmadığı təqdirdə Koreya Respublikasını ofisi sökməklə və hərbi müqavilədən çıxmaqla hədəmişdi.(konkret.az)
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar