Xəbər lenti
Fransadan İrana ekstradisiya edilən jurnalist edam cəzasına məhkum olundu
“Amad News” xəbər agentliyinin rəhbəri Ruhulla Zam xarici kəşfiyyatla əməkdaşlıqda və dövlət əleyhinə fəaliyyətdə günahkar bilinərək edam cəzasına məhkum edilib.
Manevr.az TASS-a istinadən xəbər verir ki, bunu İran İslam Respublikası Ali Məhkəməsinin sözçüsü Qulamhüseyn İsmaili bildirib.
Q.İsmaili deyib ki, İran qanunvericiliyinə əsasən, edama məhkum edilən şəxs məhkəmənin hökmündən yuxarı instansiyalara şikayət edə bilər.
Qeyd edək ki, R.Zam İslam İnqilabı Keşikçiləri Korpusunun nümayəndələri tərəfindən tutulub.
O, Fransa, ABŞ və İsrailin xüsusi xidmət orqanları ilə əməkdaşlıqda ittiham olunur. R.Zam Fransada yaşayıb. Onun harada və hansı şəraitdə həbs olunması barədə məlumat verilmir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar