Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

ABŞ-da Atatürkün heykəli təhqir edildi - ŞƏKİL

Tarix: 29-06-2020 14:59     Baxış: 4260 A- / A+
ABŞ-da Atatürkün heykəli təhqir edildi - ŞƏKİL


ABŞ-ın paytaxtı Vaşinqtonda Türkiyə səfirliyi binasının qarşısındakı Mustafa Kamal Atatürk heykəli təhqir olunub.

Heykəlin üzərinə, "Bəli, insanlığa qarşı törədilən cinayətlərə görə günahkaram", yazılı löhvə asılıb.

Səfirliyin təhlükəsizlik kameralarına düşən görüntülərdə bunu edən şəxs əvvəlcə löhvəni qoyaraq foto çəkib və daha sonra isə onu götürüb qaçıb.

Çəkilmiş foto Yunan Soyqırımı Araşdırmaları Mərkəzinin Facebook səhifəsində paylaşılıb.

Səfirlik rəsmiləri məsələ ilə bağlı istintaq başladılması üçün müvafiq qurumlarla əlaqəyə keçib.

Cümhuriyyətçi Xalq Partiyasından olan millət vəkili Gürsel Təkin hadisəni qınayıb.

"Vaşinqtonda Atatürk heykəlinə hücum edən Yunan Soyqırımı Mərkəzini qınayıram. Xalqlar arasında kin və düşmənlik yaratmaq məqsədi daşıyan və cəhalətlə bəslənən bu vandalizmi lənətləyirəm. Bu təcavüzkar zehniyyət bilməlidir ki, Mustafa Kamalın liderliyində millətimiz işğala, əsarətə qarşı yaşamaq haqqı uğrunda mübarizə aparıb. Venizelosun Nobel Sülh Mükafatına namizəd göstərdiyi Atatürk suverenliyin timsalıdır", - deyə o, bildirib./qaynarinfo

Manevr.az


ABŞ-da Atatürkün heykəli təhqir edildi - ŞƏKİL

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar