Xəbər lenti
Almaniya ABŞ-a qarşı sanksiyalar hazırlayacaq - Bloomberg

Rəsmi Vaşinqtonun “Şimal axını-2” qaz boru kəmərinə qarşı yeni maneələr tətbiq edəcəyi təqdirdə Almaniya tərəfindən ABŞ-a qarşı sanksiyalar hazırlanacaq.
Manevr.az "Gazeta.ru"ya istinadən verdiyi məlumata görə, bu barədə "Bloomberg" məlumat yayıb.
Nəşrin məlumatına görə, prezident Donald Tramp tərəfindən “Şimal axını-2”nın inşasının dayandırılması təhlükəsi baş verərsə, Almaniya ABŞ-a qarşı cavab verməyə hazır olacaq.
Qeyd olunub ki, Almaniya kansleri Angela Merkel AB-yə ümumi cavab addımı atmaq üçün təzyiq göstərə bilər.
Qeyd edək ki, “Şimal axını-2” qaz boru kəmərinin inşası ABŞ-ın 2019-cu ilin dekabrında qaz kəməri podratçılarına qarşı tətbiq etdiyi sanksiyalar səbəbindən dayandırılıb. Rusiya Prezidenti Vladimir Putin 2020-ci ilin yanvarında boru kəmərinin Rusiya tərəfindən tamamlanacağını, ancaq tikintinin planlaşdırıldığından bir neçə ay sonra yekunlaşacağını söyləmişdi.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

Ədəbiyyat
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar