Xəbər lenti
"Google"dan peşəkar jurnalistikaya dəstək: bu mətbu orqanlara ödəniş ediləcək
Dünyanın ən böyük internet axtarış sistemlərindən olan Google öz platformasında istifadə etdiyi xəbər məzmunlarına görə bəzi mətbuat orqanlarına ödəniş edəcəyini açıqlayıb.
Xarici mətbuatın xəbərinə görə, axtarış sistemləri və sosial şəbəkələrin xəbər məzmunlarından pulsuz şəkildə istifadə etmələri uzun müddətdir orjinal məzmun istehsal edən mətbu orqanların narazılığına səbəb olurdu. Google yüksək keyfiyyətli məzmun hazırlayan media qurumlarına bu il ərzində ödəniş edəcəyini və bununla bağlı da müəlliflik hüququ düzəlişlərini irəli sürəcəyini elan edib.
Google-un Məhsul İdarəetmələri üzrə Direktor Müavini Bred Bender sözügedən addımın həm yerli, həm də beynəlxalq media qurumları üçün keçərli olacağını və ilk olaraq Almaniya, Braziliya və Avstraliya kimi ölkələrdə tətbiq ediləcəyini bildirib. O, bu düzəlişin Google-un keyfiyyətli jurnalistikaya maddi dəstək verməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini deyib. Ödəniş proqramı axtarış sisteminin Xəbərlər (News) və Kəşf et (Discover) başlığı altında həyata keçiriləcək.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar