Sizin Reklam Burada
Xəbər lenti
30-01-2025
29-01-2025
BÜTÜN XƏBƏRLƏR

Osmanlıdan ayrılmaq səhv idi, türklərlə birləşməliyik: Yunan professordan TARİXİ ETİRAF

Tarix: 20-06-2020 15:03     Baxış: 5285 A- / A+
Osmanlıdan ayrılmaq səhv idi, türklərlə birləşməliyik: Yunan professordan TARİXİ ETİRAF


Yunan əsilli türkoloq, Ottava Universitetinin professoru Dmitri Kiçikis Yunanıstanda qonaq olduğu televiziya proqramında diqqət çəkən açıqlamalar verib.

Türkoloq Yunanıstanın Osmanlı İmperiyasından ayrılmasının tarixi səhv olduğunu və gələcəkdə Rusiya ekspansiyasına qarşı Türk-Yunan Konfederasiyasının qurulmalı olduğunu bildirib.

“Təəssüf ki, uğursuz bir dövlətik. Biz kiçik Yunan dövlətiyik. Frankların oyununu oynamağa çalışdıq, amma məğlub olduq. Çünki 1821-ci ildə baş verən yunan üsyanı heç vaxt baş verməməli idi və bu bir səhvdir. Osmanlını tərk edərək kiçik dövlət qurduq. Bu dövlət yarandığı gündən uğursuz oldu. Yeni Osmanlı İmperiyası qura bilmərik, amma imperiyanın köhnə xalqları kimi birləşib qardaş ola bilərik", - deyə Dmitri Kiçikis qeyd edib.

Professor Yunanıstanın rus ekspansiyasına qarşı da ayıq olmalı olduğunu bildirib. Qərbin 200 il boyunca Rusiya təhlükəsinə qarşı bu maneəni qurmaq istədiyini qeyd edən Kiçikis, Egey dənizinin hər iki tərəfini birləşdirmək və buranı Rusiyaya qarşı qorumağın vacibliyinə diqqət çəkib./publika.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar