Sizin Reklam Burada
Xəbər lenti
26-11-2024
25-11-2024
BÜTÜN XƏBƏRLƏR

Britaniya öz şirkətlərini Qarabağda fəaliyyətdən çəkinməyə çağırdı

Tarix: 20-06-2020 05:39     Baxış: 3220 A- / A+
Britaniya öz şirkətlərini Qarabağda fəaliyyətdən çəkinməyə çağırdı

İyunun 19-da Böyük Britaniya Beynəlxalq Ticarət Nazirliyinin (BTN) rəsmi internet səhifəsində "Xarici Biznes Riskləri - Azərbaycan" (Overseas Business Risks-Azerbaijan) adlı elektron bələdçi məlumat bazasına xəbərdarlıq yerləşdirilib.

2017-ci ildə Avropa Komissiyası Ticarət Baş Direktorluğunun internet səhifəsində yerləşdirilmiş məlumatın mətninə uyğun olan xəbərdarlıqda vurğulanıb:

"BTN Dağlıq Qarabağ və ətraf ərazilərdə Britaniya şirkətlərini hər hansı iqtisadi fəaliyyətlə məşğul olmamaqla bağlı xəbərdarlıq edir. Həmçinin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, Dağlıq Qarabağ və ətraf ərazilərdə iqtisadi fəaliyyətin mülki və cinayət məsuliyyəti doğuracağı, belə fəaliyyətlə məşğul olan fərdlərə və şirkətlərə qarşı Azərbaycanda müvafiq hüquqi tədbirlərin, o cümlədən cinayət işinin açıla biləcəyi, eləcə də həmin fərdlərin gələcəkdə Azərbaycana səyahət etmək imkanlarına təsir edə biləcəyi vurğulanıb".

Qeyd edək ki, qeyri-qanuni iqtisadi fəaliyyətə qarşı xəbərdarlıq bir neçə aspektdən əhəmiyyət kəsb edir. Birincisi və ən əsası Dağlıq Qarabağ və ətraf ərazilər üzərində Azərbaycanın suverenliyi, bu ərazilərə münasibətdə Azərbaycan qanunvericiliyinin qüvvədə olduğu bir daha təsbit edilib. İkincisi, bir qayda olaraq Britaniya XİN-in Azərbaycana səyahət bölməsində daha çox turistlərə yönəlmiş, işğal edilmiş ərazilərə səyahətdən çəkinməklə bağlı müvafiq mövqe bəyan edilsə də, konkret olaraq bu ərazilərdə iqtisadi fəaliyyətin doğura biləcəyi nəticələr barəsində qeydlər yer almayıb. Bu daha çox Britaniya rəsmi qurumlarının özəl biznesin fəaliyyətinə müdaxilə etməməyə üstünlük verməsi ilə izah olunur. Bu baxımdan xəbərdarlıq Britaniyanın sırf qanunsuz iqtisadi fəaliyyətlə bağlı ilk mövqeyi kimi qəbul oluna bilər. report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar