Xəbər lenti
Paşinyan “Bakı qaçqınları”na sertifikat verir: İrəvandan yeni hoqqa...
Paşinyan hökuməti 90-cı illərin “Bakı qaçqınları”na xüsusi sertifikatların verilməsinə start verib.
Manevr.az erməni mənbələrinə istinadən xəbər verir ki, sözdə sertifikatların mənzil probleminin həlli məqsədi ilə verildiyi vurğulansa da, əsas məqsəd olmayan “qaçqın problemi”nə beynəlxalq arenada diqqət çəkmək, Azərbaycanın zorakı obrazını formalaşdırmaqdır. Qərara görə hökumətdən sertifikat alan “qaçqınlar”ın mənzil problemi maksimum bir il ərzində həll olunacaq. Irəvan bildirir ki, onlar mərhələli şəkildə “bütün qaçqınlar”ın mənzil problemini həll etməyə çalışırlar.
Məlumat üçün qeyd edək ki, İrəvan 90-cı illərdə Azərbaycanın Bakı, Sumqayıt, Gəncə kimi şəhərlərindən minlərlə ermənin qaçqın düşdüyünü, zorakılıqla üzləşdiyini iddia etsə də, həqiqət tamamilə başqadır. Belə ki, nə 90-cı illərdə, nə də ondan öncə və sonra Azərbaycanda hər hansı erməni ailəsinə qarşı zorakılıq tətbiq edilməyib və ölkəni tərk edən hər bir erməni bunu hər hansı təzyiqə məruz qalmdan, tamamilə könüllü şəkildə həyata keçirib. Lakin Ermənistan son bir ildir ki, bu həqiqəti təhrif etməyə, ona başqa don geyindirərək beynəlxalq ictimaiyyəti aldatmağa çalışır. Bu məqsədlə də İrəvan Ermənistanda yaşayan yaşlı və kimsəsiz şəxslərin yataqxanalarda yerləşirilməsi, əcnəbi qonaqlara bu şəxsləri “qaçqın” kimi təqdim etmək kimi hiyləgər üsullara əl atmaqdadır.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar