Xəbər lenti
Otuz ildir kimsəsiz uşaqlar pedofillərə verilirmiş — Dəhşətli təcrübənin DETALLARI
Qərbi Berlin hakimiyyətinin kimsəsiz uşaqların üzərində apardıqları dəhşətli eksperiment haqqında məlum olub.
DW.com xəbər verir ki, bu təcrübəyə görə kimsəsiz uşaqlar pedofillərə övladlığa verilirdi. Kentler adlanan layihə 70-ci illərdən başlayaraq təxminən 30 il mövcud olub. Bu təcrübə nəticəsində xoşbəxt ailələrin çoxalacağı güman edilirdi.
Təcrübənin müəllifi Helmut Kentler pedofillərin yaxşı valideynlərə çevrilə biləcəyinə inanırdı. Bundan əlavə, o, böyüklər və uşaqlar arasında cinsi əlaqənin zərərsiz olduğuna inanırdı.
Belə pedofil ataların hətta uşaq baxımı üçün müavinət aldığı qeyd olunur. Üstəlik, onların arasında görkəmli elm adamları da var idi.
"Təcrübə" nin ilk qurbanları haqqında bir neçə il əvvəl məlum olub. Onlar başlarına gələnləri danışdıqdan sonra Hildesheim Universitetinin tədqiqatçıları sənədləri araşdırmağa və müsahibələr aparmağa başladılar. Bu təcrübənin Berlin Senatında dəstəkləndiyi ortaya çıxdı.
Şok məlumatlar yayıldıqdan sonra Berlin hakimiyyəti bu hadisəyə tezliklə aydınlıq gətirəcəyini vəd edib. Gənclər və Uşaqlar üzrə Senator Sandra Şerlər araşdırmanın nəticələrini "dəhşətli" adlandırıb./ölkə.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar