Sizin Reklam Burada
Xəbər lenti
22-11-2024
21-11-2024
BÜTÜN XƏBƏRLƏR

Obamanın qızlarına məktub - Onlar bal ayımızın şahidi olub

Tarix: 13-01-2017 10:17     Baxış: 3406 A- / A+
Obamanın qızlarına məktub


ABŞ-ın 43-cü prezidenti Corc Buşun qızları hazırki prezident Barak Obamanın qızlarına məktub yazıblar.

Barbara və Cenna Obamanın qızları Malia və Saşaya Ağ Evdən kənardakı həyata dair məsləhətlər veriblər.

“İndi siz sabiq prezidentlərin uşaqlarının klubuna daxil olacaqsınız, o mövqe ki, ona can atmırdınız”, -deyə məktubda qeyd olunub.

Məktubda Barbara və Cenna Buş Ağ Evdə çalışanları, xüsusilə də nəbatətçi Nensini unutmamağa çağırırlar və ABŞ Məxfi Xidmətinin agentlərilə əlaqəni saxlamağı məsləhət görürlər: “Biz Məxfi Xidmətlə əlaqəni saxlayırıq. Onun əməkdaşları bizim böyüməyimizin şahidi olublar: ilk görüşlər, nişanlanmalar və hətta bal ayı. Biz bilirik ki, heç də hər şey asan olmayıb. Siz də bizim kimi yeniyetmə olmusunuz. Bu zaman həmin insanlar sizi daima izləyiblər. Onlar sizə görə həyatlarını riskə atıblar”.

Məktubdab qızlar həmçinin, Obamanın qızlarının Ağ Evin ağır təzyiqlərinə dözdüklərini, yad insanlardan valideynlərinin ünvanına sərt tənqidlər eşitdiklərini də qeyd ediblər.

Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiyası baş tutacaq. Elə həmin gün Barak Obama ailəsilə birlikdə Ağ Evi tərk edəcək.AzNews.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar