Xəbər lenti
Alimlər Kleopatranın məzarının tapıldığını iddia edir
Əfsanəvi Misir kraliçası Kleopatranın məzarının Misirin Nil çayının deltasındakı olduğu barədə yeni dəlillər irəli sürülüb.
Manevr.az Azərtac-a istinadən xəbər verir ki, alimlərin bu iddiası iyunun 21-də "Science Channel” televiziyasında yayımlanacaq Kleopatra ilə bağlı filmdə təqdim ediləcək.
Arxeoloji ekspedisiyanın üzvü Ketlin Martinez filmin anonsunda Kleopatranın İsgəndəriyyə yaxınlığındakı qədim Əbu Sir şəhərinin ətrafında dəfn edildiyini deyib. Qeyd edib ki, arxeoloqlar bundan əvvəl Taposiris Maqna məbədində qazıntılar aparıblar. Onlar güman edirlər ki, tapıntılar sərdabanın məhz burada olduğuna işarət edir. Əbu Sir Kleopatranın hakimiyyəti dövründə ən məşhur sahilyanı şəhər olub.
Lakin Tanta Universitetinin yunan-Roma arxeologiyası üzrə professoru Səlva Hüseyn bildirib ki, beynəlxalq arxeoloji qrupun iddiaları əsaslı sübutlara söykənmir. Onun sözlərinə görə, sözügedən ərazidə olan sərdabalar da Kleopatranın hakimiyyəti dövrünə aid deyil.
Qədim Misirin sonuncu kraliçası olmuş Kleopatra Roma imperatoru Yuli Sezara ərə getdikdən sonra daha da məşhurlaşıb. O, Y.Sezarın sui-qəsd nəticəsində öldürülməsindən sonra hakimiyyət uğrunda Oktavian Avqust ilə mübarizə aparan Mark Antonini dəstəkləyib. Lakin e.ə. 31-ci ildə Aksi döyüşündə Kleopatranın və Mark Antoninin birləşmiş qüvvələri Oktavian Avqustun ordusu tərəfindən darmadağın edilib. Kleopatra Oktavianın əsgərlərinə əsir düşməmək üçün e.ə. 30-cu ildə Mark Antonidən bir neçə gün sonra intihar edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Şou-biznes
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar